Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamentinin 2018 hesabatı: ABŞ niyə Azərbaycana qarşı belə sərt davrandı?

Politoloq: “ABŞ son zamanlar Azərbaycanda İnsan haqları və Demorkratiya məsələlərinə o qədər diqqət etmirdi. Bu məsələyə ABŞ-ın indi diqqət yetirməsi xüsusi təəccüb doğurur”

Azərbaycan İnsan haqları və Demorkratiya məsələlərində irəliləmək üçün müəyyən addımlar atmağa çalışır və yəqin ki, gələcək islahatlar bu sahəni də əhatə edəcək. Məsələn hazırda böyük əhv fərmanı hazırlanır. Yəqin ki, bu əhv fərmanla siyasi məhbuslar mövzusu birdəfəlik bağlanacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli ABŞ Dövlət Departamentinin “Dünya Ölkələrində İnsan Haqlarının Vəziyyəti” barədə ənənəvi illik hesabatında Azərbaycana qarşı həddindən artıq sərt davranmasını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Departamenti martın 13-də özünün 2018-ci il üçün “Dünya Ölkələrində İnsan Haqlarının Vəziyyəti” barədə ənənəvi illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid bölümü 40 səhifədən ibarətdir. Diqqət çəkən əsas məsələ Dövlət Departamentinin Azərbaycana qarşı həddindən artıq sərt davranmasıdır. ABŞ Azərbaycana qarşı belə sərt hesabatlarla adətən 90-cı illərin sonlarında və 2000-ci illərin ilk illərində çıxış edirdi. Son 10 ildə isə demək olar ki, Dövlət Departamentinin hesabatlarında Azərbaycana qarşı demək olar ki, loyal davranılrdı.

2018 övlət Departamentinin “Dünya Ölkələrində İnsan Haqlarının Vəziyyəti” barədə hesabatda diqqət çəkən digər məsələ isə Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə işğal olunması faktının da öz əksini tapmasıdır.

Xatırladaq ki, rəsmi Bakı uzun illərdir ki, Qərbi və həmçinin ABŞ D övlət Departamentini Azərbaycanla bağlı hesabatlarında Qarabağ probleminə məhəl qoymamaqda ittiham edirdilər. Amma bu ilki hesabatda Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə işğal olunması faktlaşdırılıb. Hesabatda deyilir: “Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük hissəsinə və Azərbaycanın ona bitişik yeddi rayonuna nəzarət etməyə davam edir. Dağlıq Qarabağın yekun statusu ATƏT-in Fransa, ABŞRusiyanın həmsədri olduğu Minsk Qrupunun beynəlxalq vasitəçilik predmeti olaraq qalır”.

Qeyd edək ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasını ABŞ Dövlət Departamenti ilk dəfədir ki, bu qədər açıq şəkildə bildirir.

Bundan başqa hesabatda Azərbaycandakı siyasi-ictimai durum ağır şəkildə tənqidə məruz qalıb.

ABŞ-ın Azərbaycana qarşı belə sərt davranmasını nəylə əlaqələndirmək olar? Tramp Adminstrasiyasının hazırda Azərbaycana təzyiq etmək planları ola bilərmi və əgər varsa, bu təzyiqlər nəylə bağlı ola bilər? Həmçinin hesabatın sərt olmasına baxmayaraq Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə işğal olunması faktı da hesabatda öz əksini tapmasını necə başa düşmək olar?

Bu suallarla PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli müraciət edib.

Qabil Hüseynli: “Tramp Adminstrasiyası Azərbaycana təzyiq göstərməklə Rusiyanın dəyirmanına su tökmüş olar”.

Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə işğal olunması faktının hesabatda göstərilməsi müsbət hal kimi dəyərləndirən politoloq PİA.az-a açıqlamasında bildirib ki, hesabatda Qarabağın işğal olunması faktının yer alması gələcəkdə münaqişənin həlli məsələsində müsbət rol oynayacaq:

“Son zamanlar ABŞ Azərbaycanla əsasən iqtisadi və digər xarakterli məsələlərə daha üstünlük verir. Yəni ABŞ son zamanlar Azərbaycanda İnsan haqları və Demorkratiya məsələlərinə o qədər diqqət etmirdi. Bu məsələyə ABŞ-ın indi diqqət yetirməsi xüsusi təəccüb doğurur.

Azərbaycan İnsan haqları və Demorkratiya məsələlərində irəliləmək üçün müəyyən addımlar atmağa çalışır və yəqin ki, gələcək islahatlar bu sahəni də əhatə edəcək. Məsələn hazırda böyük əhv fərmanı hazırlanır. Yəqin ki, bu əhv fərmanla siyasi məhbuslar mövzusu birdəfəlik bağlanacaq. Beləliklə də xeyli insanın məhbus həyatına son qoyulacaq.

Mən ABŞ-ın Azərbaycana qarşı etdiyi iradi təftiş etmək niyyətində deyiləm. Amma hər halda düşünürəm ki, 2019-cu ildə ABŞ baxıb görəcək ki, artıq Azərbaycanda demokratik islahatlar, xüsusilə də insan haqları sahəsində ciddi addımlar atılmağa başlayıb.

Qabil Hüseynli: “Son zamanlar ABŞ Dağlıq Qarabağ məsələsində kifayət qədər prinsipial mövqe tutur”.

İnanmıram ki, Tramp Adminstrasiyasının hazırda Azərbaycana təzyiq etmək planları olsun. Çünki ABŞ-ın indi əsas diqqəti İranRusiya üzərində fokuslanıb. Üstəlik də Qərbin enerji təhcizatında Azərbaycan önəmli rol oynayır. Tramp Adminstrasiyası Azərbaycana təzyiq göstərməklə Rusiyanın dəyirmanına su tökmüş olar. Belə bir hadisənin olacağına da inanmıram.

Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə işğal olunması faktının hesabatda göstərilməsi isə çox müsbət haldır. Mən bunu alqışlayıram. Son zamanlar ABŞ Dağlıq Qarabağ məsələsində kifayət qədər prinsipial mövqe tutur. Hər dəfə də ABŞ-ın prinsipiallığı daha da artır.

Hesab edirəm ki, esabatda Qarabağın işğal olunması faktının yer alması gələcəkdə münaqişənin həlli məsələsində müsbət rol oynayacaq”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay