Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dördtərəfli Praqa görüşü... - Dünən sülh yolunda önəmli məsafə qət edildi?

Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb...

Politoloq: “Dünənki Praqa görüşü uğurlu nəticələr verdi. Əvvəla, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Dağlıq hissəsində separatçıların da yaşadığı ərazilərin Azərbaycanın tərkib hissəsi elan edilməsi mühüm məsələdir”.

“Nikol Paşinyan Praqaya getməzdən əvvəl qeyd etmişdi ki, deyəsən biz Dağlıq Qarabağı azərbaycanlıların əlindən qoparıb ala bilməyəcəyik. Belə deməklə ən azından Paşinyan bu işin bir növ bünövrəsini qoymuşdu”.

Bu sözləri politoloq Qabil Hüseynli Praqada keçirilən dördtərəfli görüşün PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Aİ Prezidenti Şarl Mişelin dördtərəfli görüşü Praqada, Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində keçirildi. Dördtərəfli görüşün yekunlarına dair bəyanatında deyilir ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.

Azərbaycan Prezidenti İlham Əliyev də dünən Praqada Azərbaycan telekanallarına açıqlamasında artıq sülh prosesinə təkan verildiyini deyib. Əliyev bu ilin sonunadək sülh sazişinin imzalana biləcəyini istisna etməyib.

Həmçinin Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb.

Bəs Praqada keçirilən dördtərəfli görüşün nəticələrini necə dəyərləndirmək olar? Artıq demək olarmı ki, sülh yolunda önəmli məsafə qət edilib və iddia olunduğu kimi noyabr ayında Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq?

Dünən Praqada keçirilən görüşü PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib .

Qabil Hüseynli: “Ermənistan daxilində hər hansı araqarışdırmalar olmasa, sülh müqaviləsinin hazırlanmasında bu ilin sonlarına qədər müəyyən məsafəni qət edə bilər”.

Avropa Birliyi Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını xatırladan politoloq PİA.az-a bildirib ki, indi isə Azərbaycanın ərazi bütövlüyü rəsmi şəkildə Ermənistan tərəfindən də tanınır:

“Məncə, dünənki Praqa görüşü uğurlu nəticələr verdi. Əvvəla, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Dağlıq hissəsində separatçıların da yaşadığı ərazilərin Azərbaycanın tərkib hissəsi elan edilməsi mühüm məsələdir. Bu Avropa Birliyi tərəfindən təsdiqlənib. Onsuz da Avropa Birliyi Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. İndi isə bu rəsmi surətdə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təsdiq edilir.

Nikol Paşinyan Praqaya getməzdən əvvəl qeyd etmişdi ki, “deyəsən biz Dağlıq Qarabağı azərbaycanlıların əlindən qoparıb ala bilməyəcəyik”. Belə deməklə Paşinyan ən azından sülhün bir növ bünövrəsini qoymuş oldu. Praqada da Fransa prezidenti Makronun, Avropa Birliyinin sədri Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar getdi. Müəyyən razılaşmalar əldə edildi və müəyyən tapşırıqlar verildi.

Qabil Hüseynli: “Hər halda, tunelin sonunda işıq görünür. Biz deyə bilərik ki, təqribən 35 ildir davam edən bu münaqişənin həllinə tərəflər, ilk dəfədir ki, bu qədər yaxınlaşıblar”.

Əsas prosesləri, liserlərin tapşırıqlarını xarici işlər nazirləri həyata keçirəcək. Eyni zamanda sərhədlərin delimitasiya üzrə işçi qrupu da öz işini sürətləndirəcək. Yəni sərhədlərin hansı xəritələr üzrə müəyyənləşməsi və sərhəd dirəklərinin necə basdırılması məsələləri yaxın zamanda öz həllini tapacaq. Nəticə etibarilə yaxın bir ayda sülh müqaviləsinin təxmini layihəsi işlənib hazırlanacaq. Daha sonra isə Prezident və Baş nazirin müzakirəsinə təqdim ediləcək.

Düşünürəm ki, Ermənistan daxilində hər hansı araqarışdırmalar olmasa, sülh müqaviləsinin hazırlanmasında bu ilin sonlarına qədər müəyyən məsafəni qət edə bilər. Hər halda, tunelin sonunda işıq görünür. Biz deyə bilərik ki, təqribən 35 ildir davam edən bu münaqişənin həllinə tərəflər, ilk dəfədir ki, bu qədər yaxınlaşıblar. İndi önəmli olan kənar qüvvələrin, o cümlədən Ermənistanın daxilindəki revanşist qüvvələrin bu prosesi pozmasına imkan verməməkdir. Bunun üçünsə hər iki ölkənin lideri ortaya siyasi iradə qoymalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

May ayında qarın yağması nəyin xəbərçisidir?

Ən çox oxunanalar