Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd oğlu Qarabağda döyüşən ata – Video

Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini İlqar Nadirovun dörd övladı Qarabağ uğrunda ön cəbhədə döyüşür.

PİA.az xəbər verir ki, İ.Nadirovun iki oğlu hərbçidir, digər iki övladı isə Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qatılıb. Övladları ilə fəxr etdiyini deyən ata körpəlikdən onları vətənpərvər ruhda tərbiyə etdiyini deyib:

“Biz övladlarımızı vətən üçün böyüdürük. Vətən sağ olsun. Təki torpaqlarımız tezliklə yağı düşmənin tapdağı altından azad olunsun. Mənim övladlarımda uşaq yaşlarından hərbiyə böyük həvəs olub. Onlar vətənpərvər ruhda böyüyüblər”.

Siz də bu qəhrəmanları tanıyın! Bir atanın dörd övladı - Kənan, Faiq, Zəka və Novruz Nadirli qardaşları. Vətən bu dörd qardaşı çətin gündə ana yurda dayaq olmağa çağıranda, onlar ölümü gözə alıb, bir yerdə cəbhəyə yollanıblar. Yeganə bacılarının həyat yoldaşı Əfrayıl Əzizəliyev də onlarla bir yerdə ön cəbhədə düşmənlə vuruşur.

Əsgərlərin anasının sözlərinə görə, övladları müharibə başlayan gündən cəbhəyə yollanıblar.

Qardaşlardan Novruz döyüşlərdə yaralandığı üçün evlərinə qayıdıb. Ancaq o, tezliklə sağalıb, cəbhəyə qayıdacağı günü gözlədiyini deyib:

“Biz döyüşdə olanda, əsgər yoldaşlarımız ilə çox gözəl şüarımız vardı: “Kişilər PUA-sı ilə, qadınların duası ilə, Allahın rızası ilə qaytarırırq Qarabağı. İnşallah, mən də tezliklə cəbhəyə qayıdıb öz missiyamı davam etdirəcəyəm”. (“Yeni Sabah”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar