Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donetskdə rus ordusu ilk “Abrams” tankını ələ keçirib

Rusiya hərbçilərinin Donetskdə qənimət götürdükləri ilk Abrams tankı Poklonnaya təpəsində nümayiş etdiriləcək...

Rusiya hərbçiləri ilk Amerika “M1 Abrams” tankını Donbasın Avdeeka sektorundakı döyüş təmas xəttindən təxliyyə edib.

Poliqon xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Qüvvələr qrupunun mətbuat mərkəzinin rəhbəri Aleksandr Savçuk bildirib.

“Mərkəz qrupunun döyüşçüləri tankı cəbhədən uğurla çıxarıblar. Tezliklə hamı onu Poklonnaya təpəsində görə biləcək”, deyə Savçuk bildirib.

Qeyd edək ki, Amerika mediası bildirdiyinə görə, son iki ay ərzində Ukraynada ən azı beş “Abrams” tankı artıq sıradan çıxıb. Həmçinin qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Rusiya PUA-larının fəaliyyəti ilə əlaqədar ABŞ-dan transfer edilən “Abrams” tanklarından istifadəni dayandırıb.

Qeyd edək ki, mayın 1-də Moskvanın Poklonnaya təpəsində Rusiya hərbçilərinin Ukraynada qənimət götürdüyü silahların sərgisi açılır. Orada ümumilikdə 12 ölkədən 30-dan çox hərbi texnika nümunəsi sərgilənəcək. Sərgidə həmçinin xarici orduların atıcı silahlarının nümunələri, Ukrayna Silahlı Qüvvələrinin xəritələri, ədəbiyyatı və texnikası nümayiş etdiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Ən çox oxunanalar