Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donbass separatçılarının liderinə hökm oxunub

Rusiya məhkəməsi Ukraynanın Donbass bölgəsində separatçıların liderlərindən biri olan İqor Strelkov barəsində hökm çıxarıb...

APA-nın Moskva müxbiri xəbər verir ki, Strelkov cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Strelkov 2023-cü ilin iyulunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi (ekstremizmə açıq çağırışlar) ilə ittiham olunub.

İqor Strelkov 2014-cü ildə Donbassdakı hadisələrdən sonra məşhurlaşıb. Onun rəhbərliyi altında dəstələrdən biri Ukrayna hakimiyyətinə qarşı silahlı üsyana başlayıb. Strelkov 2014-cü il mayın 16-dan avqustun 14-dək qondarma "DXR"-in müdafiə naziri vəzifəsində çalışıb. "Zavtra" qəzetinə verdiyi müsahibədə Strelkov "müharibənin tətiyini çəkənin" olduğunu söyləyib.

2022-ci ilin noyabrında Haaqa məhkəməsi Strelkovu 2014-cü ilin yayında Donetsk vilayətində Malayziyaya məxsus Boeing 777 təyyarəsinin vurulmasında günahkarlardan biri kimi tanıyıb. O, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.
 
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar