Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Trampın daha bir rəqibi mübarizəyə başlayıb - Foto

Amerikalı reper Kanye Uest Kentukki və Mississippi ştatlarında keçirilən prezident seçkilərinin ilk mərhələsində müstəqil namizəd kimi iştirak etmək üçün müraciətlər edib. Bu barədə həmin ştatların dəftərxana xidmətləri xəbər veriblər.

Reyting.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Kentukki qubernatoru dəftərxanasının rəhbəri Maykl Adams rəsmi “Tvitter” səhifəsində müraciətin fotoşəklini yayaraq yazıb ki, Uestin adının seçki bülletenlərinə salınması üçün təqdim olunan sənədlər və on doqquz min imzalı müraciət araşdırılır.

Kanye Uest də öz “Twitter” səhifəsi izləyicilərindən prezidentliyə namizəd olmağa dəyib-dəymədiyini soruşub.

“WJTV” telekanalının məlumatına görə, Mississippi qubernatorluğu da Uestin seçkilərdə iştirak etmək üçün müraciət etdiyini açıqlayıb. Repçi namizədliyini dəstəkləyən 1219 imzanı da təqdim edib. Onun müraciətinə sentyabrın 8-də cavab veriləcəyi gözlənilir.

Uest lap əvvəldən prezidentlik uğrunda mübarizədə müstəqil namizəd olaraq iştirak etmək niyyətində olduğunu bildirib, çünki respublikaçıların namizədi ölkənin hazırkı başçısı Donald Tramp olacaq. O, reper Jay-Z-ni vitse-prezident vəzifəsinə namizəd olmağa dəvət edib. İfaçının yaxınları, Uestin “bipolyar pozğunluq” xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

K. Uest

“Hill” qəzetinin yazdığına görə, o, Arkanzas, Kolorado, Aydaho, Ayova, Oklahoma, Tennessi, Yuta və Vermont ştatlarında prezidentliyə namizəd kimi qeydə alınıb. İllinoys, Missuri, Montana, Ohayo, Virciniya və Vayominq ştatlarında repçinin adı seçki bülletenlərinə düşməyib. Viskonsin və Qərbi Virciniya ştatlarında iş üzrə məhkəmə prosesləri gedir. Cümə günü məlum olub ki, Kanye Uest Qərbi Arizonada da ABŞ prezidentliyinə namizədlər siyahısında olmayacaq. “Politico” nəşrinin ABŞ Federal Seçki Komissiyasının məlumatlarına istinadən verdiyi məlumatına görə, repçi namizəd seçki kampaniyasına 5.9 milyon dollar xərcləyib, onun tərəfdarlarının ianəsi bu məbləğin cəmi 11.000 dollarını təşkil edir.

Ənənəyə görə, yalnız iki lider partiyanın - Respublikaçıların və Demokratların namizədlərinin ABŞ prezidenti seçilmək üçün real şansları var. Onların adları artıq məlumdur: Donald Tramp və Jo Bayden. Bununla belə, üçüncü bir partiyanın namizədinin və ya bitərəflərin də xeyli səs topladığı hallar olub. Sonuncu dəfə 1992-ci ildə namizədliyini irəli sürən iş adamı Ross Pero seçicilərin 19 faizinin səsini toplamışdı. Ancaq Pero bir ştatda qalib gələ bilmədiyi üçün iki mərhələli səsvermə sistemində heç bir seçici nümayəndəsinin səsini ala bilməmişdi.

Kanye Uest iyulun 20-də seçicilərlə görüşündə hönkürərək ağlayıb, söyüş söyüb və İncildən sitatlar gətirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar