Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dokertinin regiona səfəri hansı məqsəd daşıyır?

Böyük Britaniya ilə Avropa İttifaqının Cənubi Qafqaz siyasətində hansı fərqlər mövcuddur?..

Politoloq: “Leo Dokertinin Azərbaycana səfərindən sonra ABŞ-la gərginliyin müəyyən qədər səngiyəcəyini demək olar”.

“Leo Dokertinin indiki məqamda Azərbaycana səfər etməsi diqqət çəkir”.

Bu sözləri politoloq Turan Rzayev Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət nazirinin Azərbaycan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Cənubi Qafqaz Turnesi çərçivəsində Azərbaycana gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb. Bundan əvvəl isə Dokerti Ermənistanda olub.

Britaniya ilə Avropa İttifaqının Cənubi Qafqaz siyasətində hansı fərqlər mövcuddur və Dokertinin regiona səfəri hansı məqsəd daşıyır?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Leo Dokerti Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində maneələri aradan qaldırmaq üçün səyləri artıracaq”.

London və Vaşinqtonun qlobal sferada müttəfiq olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ABŞ və Fransanın Ermənistana verdiyi dəstək indiki məqamda Britaniyanın maraqlarla üst-üstə düşmür:

“Leo Dokertinin indiki məqamda Azərbaycana səfər etməsi diqqət çəkir. Məsələ ondadır ki, Azərbaycanla Qərb arasında münasibətlər gərginləşib. Xüsusilə ABŞ və Fransanın Ermənistana verdiyi dəstək rəsmi Londonu ciddi şəkildə narahat edir.

Böyük Britaniyanın Cənubi Qafqazda iqtisadi-siyasi maraqları var. ABŞ və Fransanın Ermənistana verdiyi dəstək indiki məqamda Britaniyanın maraqlarla üst-üstə düşmür.

Ümumiyyətlə, Fransa və ABŞ son 200 ildir ki, Cənubi Qafqazda nüfuz mübarizəsi aparırlar. Yəni London Parisin regiona sirayət etməsi, dayaqlarını möhkəmləndirməsi ilə barışa bilməz. ABŞ-a gəldikdə isə, London və Vaşinqton qlobal sferada müttəfiqdirlər. Amma hazırkı situasiyada, görünür, bir-birinin maraqları nəzərə alınmayıb.

Bu mənada Leo Dokerti Cənubi Qafqaza iki məqsədlə gəldi:

1. Azərbaycanın Fransa, ABŞ və Qərblə gərginləşən münasibətlərini normallaşdırmaq;

2. Londonun bölgədəki enerji və təhlükəsizlik maraqlarını qorumaq;

Turan Rzayev: “Onun səfəri fonunda rəsmi Bakı ilə noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinməsi də diqqətçəkən nüansdır”.

Leo Dokertinin Azərbaycana səfərindən sonra ABŞ-la gərginliyin müəyyən qədər səngiyəcəyini demək olar. Xüsusilə, Londonun bölgədəki enerji və təhlükəsizlik maraqlarını nəzərə alsaq, Leo Dokerti Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində maneələri aradan qaldırmaq üçün səyləri artıracaq. Onun səfəri fonunda rəsmi Bakı ilə noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinməsi də diqqətçəkən nüansdır.

Mümkündür ki, bu səfər və noyabrın 30-da baş tutacaq görüşdən sonra növbəti danışıqlar Azərbaycan Prezidentinin təklif etdiyi kimi, Tiflisdə baş tutsun”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Ən çox oxunanalar