Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: Röyal Nuraliyevin cinayət əməli tam sübuta yetirilib

Elnarə Şıxaliyevanın övladı Röyal Nuraliyevin törətdiyi cinayət əməli istintaq hərəkətləri ilə tam sübuta yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən iddialarla bağlı bildirilib ki, R. Nuraliyev 2019-cu ilin oktyabrın 2-də Nəsimi rayonunda Taleh Rüstəmovun sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq edib, daha sonra onu digər ünvana apararaq bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə ələ keçirib.

“Fakta görə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanmış cinayət işi üzrə R. Nuraliyev Cinayət Məcəlləsinin 181.2.5 (quldurluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Cinayət işinin istintaqı 2020-ci il martın 26-da tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin 17 avqust 2020-ci il tarixli hökmü ilə R. Nuraliyev müvafiq maddələr üzrə təqsirli bilinərək 8 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə məruz qalması və ibtidai istintaqı aparan müstəntiqin hər hansı tələbinin olması ilə bağlı təqsirləndirilən şəxsin anasının iddiaları tam əsassızdır, həqiqəti əks etdirmir. Övladının təqsirsiz olması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə etdiyi müraciətin xüsasatları müvafiq qaydada araşdırılmaqla təsdiqini tapmayıb”, - deyə bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar