Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: “İmişli sakininin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir”

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə İmişli rayon sakininin səsləndirdiyi iddialara münasibət bildirib...

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidovun "Report"a verdiyi məlumata görə, vətəndaş Hüseyn Həsənovun görüntülərdə səsləndirdiyi iddialar həqiqəti əks etdirmir:

İmişli rayon sakinləri - İldırım və Mansur Balakişiyevlər barəsində cari ilin sentyabr ayında Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalar aparılıb və onlar barəsində toplanılan materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilib.

Lakin aparılan araşdırmalar müddətində, Hüseyn Həsənov xalası oğlu Əbülfət Əsgərovun etibarından istifadə edərək sonuncunun qohumları - İldırım və Mansur Balakişiyevlər barəsində aparılan araşdırmalara təsir göstərəcəyi və müsbət həll edəcəyi barədə yalan vədlər verib. O, Əbülfət Əsgərovun 3 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Hüseyn Həsənov tərəfindən aldadıldığını başa düşən Əbülfət Əsgərov bir müddət sonra bu barədə İmişli Rayon Polis Şöbəsinə müraciət edib. Daxil olan müraciətlə əlaqədar araşdırmalar aparılıb, toplanan materiallarda Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsinin tərkib əlamətləri olduğundan Hüseyn Həsənov barəsində qeyd edilən maddəyə əsasən cinayət işi başlanılıb, ibtidai istintaq davam etdirilir”.

Xatırladaq ki, sosial şəbəkədə İmişli rayon sakini H.Həsənov Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisinin cinayət törədən şəxsləri sərbəst buraxdığını iddia edib. Onun iddiasına görə, sərbəst buraxılan şəxslərin qohumu Əbülfət Əsgərov da ondan 3 500 manat pul tələb edir.

pia.az


Etiket: DİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Ən çox oxunanalar