Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deyir şəffadır, necə şəfafadır ki...” - Ekspertdən Səfər Mehdiyevə maraqlı suallar...

İqtisadçı ekspert Qadir İbrahimli “ölkədə monopoliya yoxdur” deyən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin arqumentini darmadağın etdi

Tanınmış iqtisadçı Qadir İbrahimli Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu gün bir sıra media orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə səsləndirdiyi “ölkədə monopoliya yoxdur” fikrini darmadağın edən bir status yazıb.

PİA.az “Səfər Mehdiyevin şəffaflıq nağılları və DGK sədrinin baş redakorlarla görüşünə sözardı” cümləsi ilə başlayan statusu olduğu kimi təqdim edir:

Səfər Mehdiyevin şəffaflıq nağılları və ya DGK sədrinin baş redakorlarla görüşünə sözardı

Əvvəla, ondan başlayaq ki, komitə sədrinin baş redaktorlarla görüşünün özü yanlış format idi. Çünkü hörmətli baş redaktorların çoxu politoloqdur, bir hissəsi də şair. Yəni onların baş gömrükçüyə veriləsi sualları yoxdur. Görüşə baş redaktorlar yox, iqtisadiyyatdan yazan jurnalistlər dəvət olunmalı idi.

Konkret desək, Cənab Mehdiyev, qapıçısı olmayan boş qapıya yaxşıca toplar vurub. Hərçənd ki, boş qapıya vurduğu topların da hamısı sərrast olmayıb.

Götürək elə gömrükdə monopoliyanın ləğvi ilə bağlı qapnının yanınında, üstündən ötən zərbələri . Deyir şəffadır. Necə şəfafadır ki, ölkəyə qayıdan insanlar ailə üzvlərinin istehlakı üçün mobil telefon, siqaret gətirməyə belə icazə verilmir və “qaçaqmal” adı ilə müsadirə edilir. Nəyə görə? Çünki siqaret vəı mobil telefon konkret firmaların inhisarındadır vəı baş gömrükçü onlara xidmət öhdəliyi götürüb. Belə deyilsə, siqaret və mobil telefon idxalı ilə məşğul olan idxalçı şirklətlərin sayı və adları açıqlansın. Anti-inhisar qanunverciliyinə görə, bazarın bir seqmentində bir şirkətin payın 35 faizdən yüksək ola bilməz. Bu baxımdan ən azı 3 siqaret, 3 mobil telefon idxal edən şirkət olmalıdır.

Necə şəffaflıqdır ki, İranla sərhəd rayonların sakinlərinin ailə istehlakı üçün gətirdiyi toyuq məıhsullar “quş qripi” adı ilə müsadirə edilir. O başqa məsələdir ki, gömrüyün qara kassasının bir hissəsi bu il leqallaşıb. Ancaq bu hələ islahat analamından çox uzaqdır. Uzun müddət gömrüyün qara kassasına şəxsən nəzarət edən cənab Mehdiyev bunu gözəl bildiyindən qapıçısı olmayan boş qapıya toplar vurmağa uğursuz cəhdlər edib”.

İqtisadçının bu statusa maraqlı kommentlərdə yazılıb və onların bəzilərini oxuculara təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar