Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərin ABŞ müharibəsinin türk siması: Cənab T. kimlərlə əməkdaşlıq edir?..

Gizli gündəmdə Obamanın belə həbs edilə biləcəyini deyirlər. Yəni vəziyyət o dərəcə kəskindir...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 15 may 2020-ci il

Bu gün maraqlı bir məsələdən danışaq. İşin içində Türkiyə də var və ABŞ-dakılar bu barədə pıçıltı ilə danışırlar. Dünya əslində, balaca bir kənddir. Sadəcə olaraq əlaqələr şəbəkəsini bilmək lazımdır. Əgər bunu təyin edə bilsək, ABŞ prezidentlərindən kiçik rəhbərlərə qədər hər kəsin mövqeyini başa düşə bilərik.

Keçən yazıda “Main Street” və “Wall Street” barədə danışdım. Dünyada heç bir lider və heç bir siyasətçi bu iki cərəyandan kənarda qala bilməz. Bütün proseslər bu iki hərəkətverici qüvvədən asılıdır.

Çox uzun müddətdir dediyim kimi, əsl müharibə ABŞ-ın daxilində baş verir. Bunu ümumi şəkildə Demokratlarla Respublikaçıların müharibəsi adlandıra bilərik. Başqa sözlə, iki partiya, iki böyük kapital, iki böyük dünyagörüş, iki böyük qüvvə. Bu mübarizə Vaşinqtonu alov topuna çevirib. ABŞ artıq hər ölkəni yandıracaq bir alov topudur.

Bir müddətdir evdən çıxa bilməyən Obama da artıq bir əsgər kimi hücuma keçib. Trampı hədəf alan Obama deyib:

“Trampın koronavirus böhranını idarəetmə tərzi xaotik bir fəlakətdir. Lakin daha vacib bir məsələ var. Tarixin ən önəmli prezident seçkisinə doğru gedirik. Bu seçkinin əvəzi yoxdur. Mübarizə aparacağımız şey təkcə müəyyən bir şəxs və ya siyasi partiya deyil. Başqalarını düşmən kimi görən, eqoist bölünmə meyillərinə qarşı da mübarizə aparacağıq”.

Obama bu açıqlamanı verirsə, deməli, əmr Londondan gəlib. Bunu bilməliyik. Əslində, Obamaya, həyat yoldaşı ilə Londona getdiyi zaman qəbul edildiyi otağın divarındakı bir qaradərilinin rəsm əsəri ilə lazımi mesaj verilmişdi. Yəni əsl liderin kim olduğu ABŞ-ın qaradərili prezidentinə açıq şəkildə bildirilmişdi. Yaxud da ki, bunu xatırlatmaq istəyirdilər.

Obama Ağ Evdə öz kölgəsindən belə qorxurdu. Bu böyük üsyan dərhal rezonans doğurmuşdu.
Trampı hədəfə alan Obamaya da tezliklə cavab verilib. Obama Londondan gələn əmrə uyğun çıxış edərkən, Tramp da Vaşinqtondakı Dərin Amerikanın sözünü dünyaya çatdırırdı. Tramp: “Obamagate Watergate-dən daha betərdir”, deyib. Tramp açıq şəkildə Pizzaqeyt, Epştayn, Klinton ailəsini də içinə alan çox böyük bir qalmaqalı xatırladıb. Əlbəttə ki, bu qalmaqalın içinə rəqibi Baydeni də cəlb edəcək.

Tramp bu açıqlamanı verməsindən 36 saat sonra keçmiş təşviqat müşaviri Pol Manafort sağlamlığına görə həbsdən azad edilib.

Rotşild ailəsi Ukraynanı dizayn etmək üçün Manafortdan istifadə edir. Təbii ki, hadisələr də gəlib yenə Cefri Epştayna söykənir. Tramp da bunun üstünü açıb. Onsuz da açmaqdan başqa çarəsi də yox idi.

Pol Manafort 20 mart 2016-cı ildə Nyu-Yorkdakı “Trump Tower”da Nat Rotşild ilə görüşdükdən bir neçə gün sonra çox geniş səlahiyyətlərlə Trampın təşviqat qrupuna qoşulub. Manafort son vaxtlar hər nə qədər problem yaşasa da, onun ən yaxın dostu rus oliqarxı Deripaska və Türkiyədə yaşayan çox önəmli bir iş adamıdır. Bəziləri bu adamı tanıyır. Bu türk iş adamının ləqəbi cənab T.-dir.

Cənubi Kiprdə Manafort və Deripaskanın çirkli pullarının yuyulması işi ilə məşğul olan bu şəxs həmin cənab T-dir. Yəni cənab T. Podesta qardaşlarını evində qonaq edən iş adamının da qardaşıdır. Cənab T. olaraq adlandırılmasının səbəbi isə hələ də Toni Podestanın ən yaxın dostu olması və ya türk olmasıdır. Podestanın Cefri Epştaynla və ya Klintonlarla olan əlaqələrini isə yazmağa ehtiyac yoxdur.

Manafort indi Dərin Amerikanın tələbi ilə həbsdən çıxıb. Burası aydındır. Obama və Klinton ailəsinin çirkli sirlərini bilən, Pizzaqeytlə bağlı hələ də bilinməyən məlumatların tək ünvanı Manafortdur.

Deripaska mütləq Nat Rotşildlə görüşəcək və Manafortun köstəbəkliyinə qarşı tədbirlər görəcək. Eyni şəkildə Obama və Klintona yaxın olan bəzi simalar da Nat Rotşildi ziyarət edəcəklər. Cənab T, həmçinin Manafortun Ukraynadakı sərvətini də idarə edir. Pizzaqeyt hadisəsində Manafortun bəzi sənədləri təhvil verdiyi şəxs də türk iş adamıdır. İndi isə Manafort neçə insanın məxfi məlumatlarını Dərin ABŞ-a bildirib və ya bildirəcək.

Cənab T-nin qızı ABŞ-da yaşayır. Manafort cənab T-ni oyundan kənarlaşdırmaq istəsə, mediaya çox önəmli bir xəbər düşə bilər: “Türk iş adamı, cənab T-nin qızı Nyu-Yorkda həbs olundu”. Elə bu hadisə də “Huawei” rəhbərinin qızının Kanadada tutulması qədər əks-səda doğura bilər. Çünki cənab T-nin qızı Rotşild ailəsinin maliyyə təşkilatında önəmli bir vəzifə tutub. Məlumdur ki, Obamanın prezident olduğu dövrdə ev sahibliyi etdiyi bir çox təşkilatda cənab T-nin qızı da fəxri qonaq olub.

Dünyanın ən sakit yerində belə ABŞ-dakı gərginliyin təsirini müşahidə etmək olar. Bu da heç vaxt qırılmayacağı düşünülən keçmiş ortaqlıqları sarsıtmağa başlayıb. Bəziləri yeni ortaqlıq axtarır, bəziləri isə çirkli keçmişi ilə mövcud ortaqlığına bağlı qalmağa çalışır. Çox vacib bir qüvvəyə çevrilmisənsə, deməli, keçmişdə unutmaq istəyədiyin xatirələrin var. Manafortun da bir çox insanla bağlı şahid olduğu xatirələri var. Manafort sadə bir insan deyil. Onun həbsi də çox önəmli idi, həbsdən azad edilməsi də. Manafort Tramp haqqında bir çox gizli faktları bilir. Dərin Amerika Trampla bağlı gizli həqiqətləri də öyrənmək istəyir.

ABŞ-ın gözü olan Vaşinqtonda belə bir söz var: Masada 2 nəfər varsa, o zaman ortada heç bir sirr yoxdur. Buna görə də, Vaşinqtonda hər kəsin bir sirri var, amma bu, həqiqətən də əsl sirr deyil. Xüsusilə də sayılan bütün şəxslərin doyesi kəşfiyyatda mövcuddur və bütün bunlar nizamın dəyişməsinə uyğun olaraq ortaya çıxarıla bilər. Yaxud da ki, bunlar ortaya çıxmadan sənədləri tələbinə uyğun olaraq həmin şəxslər kənarlaşdırıla bilərlər. ABŞ-dakı bu dəyişiklikdən və mübarizədən heç kim yan keçə bilməz. Bu vəziyyət hər bir paytaxta təsir edəcək. Hər şeyin dəyişəcəyi bir fırtınanın astanasındayıq. İttifaqlar da, düşmənçilik də yer dəyişdirəcək. Buna görə, ABŞ-ı yaxşıca izləmək lazımdır.

Gizli gündəmdə Obamanın belə həbs edilə biləcəyini deyirlər. Yəni vəziyyət o qədər kəskindir. Vəziyyəti izləyib böyük müharibəni başa düşək, sonra koronavirusun nələr gətirəcəyini düşünək.

Qeyd: Pol Manafort, əslində 2024-cü ildə Pensilvaniyadakı “FCI Loretto” həbsxanasından çıxacaqdı. Buna baxmayaraq, “koronavirusa yokuxmasın deyə”, sərbəst buraxılıb. Lakin “FCI Loretto”da hələ bir dənə də olsun koronavirusa yoluxma faktı aşkarlanmayıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar