Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar və səfirlər ADU-ya toplandı – Foto

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə İtaliyada italyan dilində çap olunmuş “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilib

PİA.az Kult.az-a istinadən xəbər verir ki, kitabda tarixən ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan, poeziyamıza dəyərli töhfələr və ölməz sənət əsərləri bəxş edən qadın şairlərinin zəngin ədəbi irsinə istinad edilib.

Tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, qurum rəhbərləri, qəzet redaktorları, İtaliya nümayəndə heyəti və ictimi-siyasi xadimlər iştirak edib.

ADU-nun rektoru akademik Kamal Abdulla çıxışında tədbirin böyük əhəmiyyətə malik olduğunu deyib:

“Bu gün Azərbaycan multikultural bir dövlət kimi dünyada ad qazanıb. “Azərbaycan multikulturalizmi” fənni dünyanın bir çox universitetlərində tədris edilir. Bu, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən aksiyadır. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycan multikulturalizmi, eyni zamanda, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, mənəviyyatı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Milan Universiteti kimi auditoriyadan son dərəcə səmərəli istifadə etməyi bacaracağımıza inanıram”.

K.Abdulla kitabın çapında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb: “Bu, bizim yalnız italyandilli tələbələrimizə deyil, həmçinin bütün tələbələrimizə böyük hədiyyədir”.

Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi müəssisənin yaranması, fəaliyyəti və məqsədi haqqında məlumat verib. O, Azərbaycanın qadın şairlərinin yaradıcılığı haqqında danışıb. G.Əfəndiyeva kitabın ərsəyə gəlmə ideyası və prosesi ilə bağlı məqamları diqqətə çatdırıb.

ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin sədri, deputat Paulo Qrimoldi, “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti kitabın tarixi və ədəbi əhəmiyyəti haqqında fikirlərini söyləyiblər.

Tədbirdə “Azərbaycan şeirinin qadın ruhu” sənədli filmi nümayiş olunub.

Daha sonra Mehriban Zəkinin ifasında Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan və digər qadın şairlərinin şeirlərinə mahnılar dinlənilib. Həmçinin, universitet tələbələri şeirlər və mahnılar səsləndirilib.

pia.az


Etiket: ADU ədəbiyyat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar