Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Rəşad Dağlıdan danışdı: “Bu, yalnız Azərbaycana xasdır"

Həqiqət nədirsə, təbii ki, məhkəmə ortaya çıxaracaq...

“Rəşad Dağlının məhkəməsində izdiham yaşanması başadüşüləndir".

PİA.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O əlavə edib: "Desək ki, bu, yalnız Azərbaycana xasdır, yalan olar. Azərbaycan insanının digər ölkələrdə yaşayan insanlardan elə bir ciddi fərqi yoxdur. Başqa ölkələrdə də müğənnilər, artistlər, mədəniyyət adamları həbs olunanda, yaxud incidiləndə, öldürüləndə bu şəkildə izdihamlar yaşanır. Bu, onların sənətinə verilən qiymətin göstəricisidir. Artıq insanlar onun törətdiyi cinayətə görə deyil, qəlblərində ona bəslədikləri məhəbbəti büruzə vermək üçün bunu edirlər”.

Deputat bildirib ki, izdihama görə insanları qınamağa ehtiyac görmür: “O insanların izdihama yığışması “Rəşad Dağlı günahkar deyil, öldürməklə düz edib” anlamına gəlmir. Təbii ki, olmasa, yaxşıdır. Amma bu insanlar, sadəcə, dəstək göstərirlər, “Rəşad Dağlı cinayətkar deyil” deməyiblər. Bu baxımdan izdihamı insanların qəlblərindəki hislərini büruzə vermələri kimi qiymətləndirmək olar".

R. Nurullayev bildirib: "Rəşad Dağlının öldürdüyü şəxslə bağlı “həbsxanadan yeni çıxmışdı”, “Rəşad Dağlıya ağır söyüşlər söyüb, o da söyüşü götürməyib qarşı tərəfi qətlə yetirib” kimi məqamlar da insanların Rəşad Dağlıya dəstək verməsində rol oynadı.

Əvvəllər kim kimə qarşı ağır söyüş söyürdüsə, üzr istəyirəm, söhbət “ana-bacı söyüşü”ndən gedir, yadımdadır ki, belə söyüş söyənlər cəzalandırılırdı. Kimisi qarşı tərəfi “razborka”ya, hesablaşmağa çağırırdı, ya onu bıçaqlayırdı, ya öldürürdü. Bu, namus üstündə öldürmək kimi qiymətləndirilirdi.

Ola bilsin, bəzi insanlar bu məsələyə belə qiymət verərək Rəşad Dağlıya dəstək göstəriblər. Həqiqət nədirsə, təbii ki, məhkəmə ortaya çıxaracaq. Rəşad Dağlı da qanunları pozub, adam öldürüb. Bu, doğrudan da böyük bir hadisədir, cinayətdir. Hakimiyyət orqanı da qanunun tələblərinə uyğun onu həbs edib. Məhkəmə də həbs qərarı çıxarıb. Burada qanunun tələb etdiyi mexanizmlə hərəkət edilib”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar