Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Elə kateqoriya vəzifəlilər var ki, deputatın bir ayda aldığı maaşı bir günə, bir saata qazanırlar”

“Deputatlara 14 975 manat məzuniyyət haqqı verilməsi sosial mediada geniş müzakirə olunur. Bilirsiniz ki, vaxtilə deputat maaşlarının artırılmasına qarşı çıxmışam və buna görə çoxlu irad almışam. Lakin bildirirəm ki, aldığım məzuniyyət haqqı bu rəqəmdən çox-çox aşağıdır. Bu barədə Milli Məclisdən sorğu edilə də bilinər. Üstəlik, biz 1-15 iyul dövrü üçün nədənsə əməkhaqqı da almırıq. Yəni aldığımız vəsait 45 günə deyil, faktiki 2 ay üçün hesablanır, yəni iyul-avqust ayları üçün. Biz bir də 15 sentyabrda avans alacağıq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

“Maaş artımı olmamışdan öncə qanuna əsasən, biz deputat fəaliyyətini təmin etmək üçün əlavə haqq da alırdıq. İndi isə deputat fəaliyyəti üçün maaşımızdan istifadə edirik. Məncə, deputat maaşını azaltmaqdansa, digər işləyənlərin maaşını yüksəltmək daha doğru olardı. Bir də, elə kateqoriya vəzifəlilər var ki, deputatın bir ayda aldığı maaşı bir günə, bir saata qazanırlar. Lakin nədənsə, tənqid obyekti ancaq deputatlardır. Onlara haqsız da deyə bilmərəm. Ədalətlilik odur ki, hər kəs əməyinə, istedadına, Vətənə verdiyi faydaya görə əmək haqqı, pensiya alsın”, - deyə T.Kərimli qeyd edib.

Poliqon.info 


Etiket: Deputat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar