Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratlar Baydeni Konqresin icazəsi olmadan husiləri vurduğuna görə qınayıblar

Bir qrup mütərəqqi demokrat ABŞ prezidenti Co Baydenin Yəməndəki husi hədəflərinə ilk olaraq Konqresin təsdiqini almadan zərbələr endirmək qərarına mənfi reaksiya verib...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşrinin məlumatında bildirilir. Respublikaçılar isə prezidentin hərəkətlərini bəyəniblər.

Prezidentin partiya üzvləri hesab edirlər ki, onun bu qərarı Konstitusiyanın 1-ci maddəsini pozur və çünki 1-ci maddə istənilən hərbi əməliyyata Konqres tərəfindən icazə verilməsini tələb edir. Husilərə zərbələr endirməzdən əvvəl Co Bayden Konqresə məlumat verib, lakin bu qəararın təsdiqini istəməyib.

Prezident Yəməndə husilərə zərbə vurmazdan və bizi Yaxın Şərqdə başqa bir münaqişəyə sürükləməzdən əvvəl Konqresə müraciət etməliydi. Bu Konstitusiyanın birinci maddəsinin tələbidir. Ağ Evdə demokrat və ya respublikaçı olub-olmamasından asılı olmayaraq, mən konstitutsiyanın müdafiəsinə qalxacağam”, deyə Kaliforniyadan olan nümayəndə Hanna Ro X sosial şəbəkəsində yazıb.

Vaşinqtondan olan deputat Pramila Jayapal sosial mediada “Bu, qəbuledilməz və Konstitusiya pozuntusudur”, yazıb.

Digər demokrat konqresmenlər də Pramila Jayapalı dəstəkləyiblər. Vircinyadan olan konqresmen Mark Pokan da Ağ Evdən Konqreslə əməkdaşlıq etməyi tələb edib. “Birləşmiş Ştatlar Konqresin icazəsi olmadan daha bir onillik davam edən münaqişəyə girə bilməz”, deyə Pokan yazıb.

Demokratların mövqeyini onların bəzi siyasi rəqibləri də dəstəkləyib. Senator Miayk Li Hanna Ronun bəyanatı ilə razılaşıb:

“Partiya mənsubiyyətindən asılı olmayaraq Konstitusiya hər şeydən üstündür”, deyə Mayk Li qeyd edib.

Senatın Respublikaçı lideri Mitç MacKonnell isə ABŞ-ın zərbələrini alqışladığını və güc tətbiqinin “gecikmiş” olduğunu qeyd edib.

“Ümid edirəm ki, bu əməliyyatlar Bayden administrasiyasının İrana və onun müvəkkillərinə münasibətində davamlı dəyişikliyi qeyd edir”, deyə . Mitç MacKonnell Baydenə dəstək ifadələrinə əlavə edib.

Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, senator Rocer Uiker bildirib ki, zərbə iki ay əvvəl həyata keçirilməli idi, lakin o, bunun “Qırmızı dənizdə çəkindirmə qabiliyyətinin bərpası istiqamətində ilk yaxşı addım olduğunu” deyib.

“Terrorçular yalnız güc dilini bilirlər və administrasiyanın bu fakta cavab verməsinin vaxtı çatıb. Bu hərəkət həftələr əvvəl görülməli idi”, deyə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, senator Rik Skott yazıb. Senator Lindse Qrem qərarı "çox dəstəklədiyini" bildirib və əlavə edib ki, “radikal İslam qruplarının anladığı yeganə dil gücdür”.

Qeyd edək ki, bir gün əvvəl BMT Təhlükəsizlik Şurası husilərdən Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağı tələb etmişdi. Bundan sonra ABŞ və Böyük Britaniya Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə yəmənli husilərin 60 hədəfinə hücum edib. ABŞ Mərkəzi Komandanlığının nümayəndələrinin sözlərinə görə, zərbələr yalnız hərbi hədəflərə endirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Ən çox oxunanalar