Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha iki kənd boşaldılır

10 noyabrda imzalanan Üçtərəfli razılaşmaya əsasən, ermənilər keçmiş Əsgəran rayonunun Şelli kəndini də boşaltmağa başlayıblar.

PİA.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bundan başqa Azərbaycana təhvil verilən kəndlər arasında Əsgəranın Xaçındərbətli kəndi də var.

Məlumatda keçmiş Əsgəran rayonunun daha bir neçə kəndinin isə Azərbaycan Ordusu tərəfindən azad edildiyi xatırladılıb.

Qeyd edək ki, Azərbaycanda Əsgəran inzibati rayonu ləğv edilib və onun kəndləri Xocalı rayonuna birləşdirilib. Bir neçə kənd isə Ağdam rayonuna daxil edilib.

Ermənilərin təhvil verməyə hazırlaşdığı Şelli və Xaçındərbətli kəndləri Ağdam rayonuna aiddir.

Azərbaycan Ordusu isə Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndlərini 9 noyabr 2020-ci ildə işğaldan azad edib.

Bundan əlavə, ötən gün ləğv edilən Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə verilmiş 5, Tərtər rayonunun tərkibinə verilmiş 2 kəndi də ermənilər tərəfindən boşaldılıb. Bu kəndlər də 20 noyabra qədər Azərbaycana təhvil verilməlidir. (Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar