Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Conson: Ukraynaya yardım qanunu demokraların səsi ilə edilməlidir...

Spiker Conson Ukraynaya yardım haqqında qanun layihəsini Demokratların səsləri ilə qəbul etməyi gözləyir...

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, o, Ukraynaya yardım haqqında qanun layihəsini Demokratların səsləri ilə qəbul edəcəyini gözləyir.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzetinə müsahibəsində danışıb.

Qeyd olunur ki, belə bir bəyanat Respublikaçılar partiyası daxilində Ukraynaya istənilən yeni yardıma qarşı daimi müqavimətin etirafıdır.

Consonun sözlərinə görə, Ukrayna və İsrailə yardım bir və ya hətta iki ayrı qanun layihəsi şəklində təqdim oluna bilər. Spiker əlavə etdi ki, xarici yardımı daha böyük xərclər üçün qanun layihəsinə əlavə etməyə lüzum görmür.

Conson həmçinin millət vəkillərinin hökumətin bağlanmasının qarşısını almaq üçün altı aylıq müzakirələrə son verə biləcəklərinə nikbinliyini ifadə edib.

Bundan əvvəl məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyasından olan konqresmenlər aşağı palatanın spikerindən yan keçərək, Ukraynaya yardımın ayrılmasına səs verməyə çalışırlar. Demokratların Ukrayna, İsrail və Tayvana 95 milyard dollar ayrılması ilə bağlı Senat tərəfindən fevral ayında qəbul edilmiş qanun layihəsinin qaydalardan yan keçməklə, yəni Consonun təsdiqi olmadan səsverməyə çıxarıla biləcəyi deyilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Ən çox oxunanalar