Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Varoli: “Azərbaycan ABŞ üçün çox vacib ölkədir”

“Birləşmiş Ştatlar dünya dövlətlərinin, ilk növbədə Qlobal Cənub, yəni Yaxın Şərq, Asiya və Cənubi Amerika ölkələrinin əhalisinin qəlbi və ağlı uğrunda mübarizədə Çin və Rusiyaya uduzmasından narahatdır. Həmin insanlar indi Çin və Rusiyaya ABŞ və ümumilikdə Qərbdən daha müsbət münasibət göstərirlər. Burada bir çox cəhətdən Vaşinqtonun Qəzza zolağındakı vəziyyətlə bağlı mövqeyi və ABŞ-nin islam dünyası ölkələri ilə çoxsaylı müharibələri rol oynayıb. Hazırda planetin böyük bir hissəsində Birləşmiş Ştatlar bir nəsil üçün avtoritet olmaqdan çıxır. Bu, artıq faktdır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında ABŞ-li siyasi şərhçi Con Varoli deyib.

Azərbaycan ABŞ üçün çox vacib ölkədir. Çünki Azərbaycan ABŞ-nin əsas rəqiblərindən olan İranRusiya ilə həmsərhəddir. Vaşinqtonun arabir Bakıya qarşı sərt münasibət göstərməsi isə ABŞ-nin danışıq aparmaq taktikasıdır. Bir qədər sonra fayda əldə etmək üçün təzyiq tətbiq edilir”, - deyə siyasi şərhçi bildirib.

Varolinin sözlərinə görə, “köhnə qitə”də NATO-ya paralel struktur olacaq hansısa Avropa ordusunun yaradılması ideyası çoxdan müzakirə olunur:

“Ancaq bütün bunlar elə də ciddi deyil. NATO getdikcə daha da güclənən güclü struktur olaraq qalır. Avropalılar, ümumiyyətlə, nəsə haqqında danışmağı, real hərəkətə keçmədən spekulyasiya etməyi xoşlayırlar. Amma bütün bunlar mənasızdır”.

Donald Trampın prezident olmaq ehtimalına gəlincə, siyasi şərhçi deyir ki, ABŞ elitası onu ikinci dəfə Ağ Evə buraxmaq istəmir, heç Co Baydenin özünü də:

ABŞ-nin məqsədi dünyaya hökmranlıq etməkdir. Bu, normaldır və burada heç bir qəsd nəzəriyyəsi yoxdur. Əgər ABŞ hökmranlığı olmasa, onun yerini Çin hökmranlığı tutacaq. Təbii mübarizə gedir, mən buna heç təəccüblənmirəm də və bu mübarizədə NATO mühüm vasitədir”.

Poliqon.info


Etiket: Con Varoli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar