Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Kerri: “Baş verənlər əsl konstitusiya böhranıdır”

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ölkənin əsl konstitusiya böhranı ilə üzləşdiyini deyib

Musavat.com CNN kanalına istinadən xəbər verir ki, Con Kerri jurnalist Bob Vudvordun prezident Donald Tramp haqqında yazdığı “Tramp Ağ Evdə. Qorxu!” adlı kitabda yazılanlara, həmçinin “The New York Times” qəzetində Ağ Evin bir əməkdaşının prezidentə qarşı komanda içində qiyam olduğu barədə dediklərinə öz münasibətini bildirib.

C.Kerri CNN-in aparıcısı Anderson Kuperin "Anderson Cooper 360." adlı verilişdə bunları söyləyib: Biz öz relsindən çıxan prezidentliklə üzləşmişik. Bizim bir işi bacarmayan, adi bir şey üstündə tez özündən çıxan, qərar qəbul etməli olduğu məsələlərdən başı çıxmayan bir prezidentimiz var”.

Bundan başqa, Kerri Bob Bob Vudvordın kitabında sadalanan (Trampın Suriya liderini öldürmək əmri verməsi, onun masasının üstündən sənədlərin oğurlanmsı kimi) faktlara da münasibətini ifadə edib və baş verənləri rüsvayçılıq adlandırıb.

Prezidentin masasının üstündən onun sənədləri oğurlanır, müdafiə nazirmizə başqa bir müstəqil ölkənin liderini öldürmək əmri verilir, o isə öz növbəsində telefonu asdıqdan sorna hər kəsin yanında bunu etməyəcəyini uca səslə söyləyir. Bütün bunlar inanılmazdır”,- deyən Kerri konstitusiya böhranının respublikaçı senatorların Trampın arxasında duracaqları təqdirdə daha da dərinləşəcəyini vurğulayıb.

“Onlar Konstitusiyanı, Senat kimi mühüm bir institutu müdafiə etmək yerinə partiyalarını və öz hərəkətlərini başa düşməyən adamı qoruyurlar”,- Kerri deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Ən çox oxunanalar