Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin xarici işlər naziri yoxa çıxıb və üç həftədir ki, gözə dəymir...

Çin Xarici İşlər Nazirliyinin rəhbərinin ictimaiyət arasında görünməməsi və bəzi planlaşdırımış görüşlərdə iştirak etməməsi müxtəlif söz-söhbətə səbəb olub...

Çinin xarici işlər naziri Tsinin Qan üç həftədir ictimaiyyət qarşısına çıxmayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumat verən CNN telekanalı Pekində diplomatik fəaliyyətin gərgin dövründə qeyri-adi uzun müddətdə xarici işlər nazirinin ortalarda görünmməməsini heç də sıradan bir hadisə olmadığını qeyd edib.

CNN mənbələri bildirirlər ki, vəziyyət Çində ixtisaslaşmış politoloqlar arasında spekulyasiyaya səbəb olub.

Xatırladaq ki, Çin lideri Si Tsinpinin etibarlı köməkçisi olaraq tanınan 57 yaşlı Tsin Qan 2022-ci ilin dekabrında Çinin xarici işlər naziri təyin edilib. Bundan əvvəl o, Çinin ABŞ-dakı səfiri vəzifəsində çalışıb.

Çinin xarici işlər naziri kimi Tsin Qan kəşfiyyat missiyası daşıdığı güman edilən Amerika torpaqları üzərində hava şarının vurulmasından sonra Vaşinqtona sərt irad bildirib.

Tsin Qan hər iki tərəfin problemli münasibətləri sabitləşdirmək və əlaqələri bərpa etmək üçün sonrakı səylərində də əsas rol oynayıb. Yüksək rütbəli diplomat sonuncunun Pekinə səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinkenlə şəxsən görüşüb.

İyunun 25-dən bəri Tsin Qan bir daha ictimaiyyət qarşısına çıxmayıb. Onun son görüşləri Pekində Şri-Lanka, Vyetnam və Rusiyanın rəsmi nümayəndələri ilə olub. Ən son ictimai çıxışında Çin xarici işlər naziri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun yanında görüntülənib.

Tsin Qanın mətbuat brifinqində uzun müddət iştirak etməməsi ilə bağlı suala Çin Xarici İşlər Nazirliyinin sözçüsü “təqdim edəcək heç bir məlumatı olmadığını” söyləyib və Çinin diplomatik fəaliyyətlərinin hər zamanki kimi davam etdiyini qeyd edib.

Bu ayın əvvəlində Tsin Qanın Pekində Avropa Birliyinin xarici siyasət rəhbəri Josep Borrell ilə görüşü nəzərdə tutulmuşdu. Çinin Aİ-yə təyin olunmuş tarixlərlə bağlı danışıqların “artıq mümkün olmadığını” bildirməsindən sonra görüş təxirə salınıb.

CNN iddia edir ki, Aİ rəsmilərinə təxirə salınma barədə Borrelin planlaşdırılan gəlişindən cəmi iki gün əvvəl məlumat verilib.

Tsin Qan, keçən həftə İndoneziyada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin illik toplantısında da iştirak etməyib. Əvəzində görüşdə Çinin baş diplomatı Van İ iştirak edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar