Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində İncil paylayacam dedi, 33 milyon dollar fırıldaqçılıq etdi - ABŞ onu axtarır...

ABŞ-ın Corciya ştatında bir şəxs ölkədəki xristian xeyriyyə təşkilatlarından Çində İncil kitabı paylayacağını bildirərək, 33 milyon dollar ianə toplayaraq gizlənib...

Poliqon xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittiham aktına görə, Corciya əsilli Ceyson Cerald Şenk təxminən 10 ilə ərzində ölkədəki xeyriyyə təşkilatlarından və fərdlərdən 33 milyon dollardan çox ianə toplayıb. O, məqsədinin Çində İncili yaymaq və xristian kitablarını çap etdirmək olduğunu vəd edib.

45 yaşlı Şenk pulu şəxsi xərclər üçün istifadə edərək, Çinin müxtəlif əyalətlərində nə qədər İncilin paylanıldığına dair "statistik məlumatları" özündə əks etdirən saxta elektron qaimə-fakturaları xeyriyyə təşkilatlarına göndəririb.

Şenk ailə təsərrüfatına 7 milyon, 16 həyat sığortasına 4 milyon, onlayn idman qumar saytına 1 milyon, zinət əşyalarına 1 milyon, ABŞ şirkətinin səhmlərinə 850 min, kredit kartı ödənişlərinə 820 min və Çilidəki daşınmaz əmlaka 320 min xərcləyib.

Prokurorlar, 2010-cu illərin əvvəllərindən bəri əsasən Ohayo və Şimali Karolinadakı xristian qruplarından ianə topladığını düşündükləri Şenkin xeyriyyə pullarının bir hissəsini "əməliyyatların mahiyyətini gizlətmək üçün" dünyanın müxtəlif yerlərində bank hesabları olan müxtəlif şirkətlərə yönəltdiyini deyib.

ABŞ-ın Cənub Bölgəsi Prokurorluğundan Barri Paskal "The Daily Beast" xəbər portalına bildirib ki, Şenk 2016-cı ildə ABŞ vergi orqanına illik hesbat vermək məcburiyyətindən yayınmaq üçün vətəndaşlıqdan imtina edib.

"O, indi axtarışdadır, hər yerdə ola bilər, amma biz onun harada olduğunu bildiyimizi düşünürük", deyə Barri Paskal bildirib.

Şenkin fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə həbsi və ekstradisiyası üçün order verildiyini qeyd edən Barri Paskal şübhəlinin 20 ilə qədər həbs, əhəmiyyətli maliyyə cəzaları və müsadirə ilə üzləşə biləcəyini deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar