Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində 2 ayda 1,87 milyon insan COVID-19-dan ölmüş ola bilər... - Araşdırma

Alimlər Çində 2022-ci ilin dekabrında COVID-19 tədbirlərinin yumşaldılmasından sonra ortaya çıxan epidemiya dalğasında 2 ayda 1,87 milyon insanın ölə biləcəyini irəli sürüblər...

Poliqon xəbər verir ki, ABŞ-ın Sietl şəhərindəki Fred Hutçinson Xərçəng Mərkəzinin tədqiqatçıları Çinin üç universitetinin məlumatlarından və ölkədə geniş istifadə olunan "Baidu" axtarış sistemində ölümlə bağlı açar söz sorğularından istifadə edərək araşdırma aparıblar. Onlar 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında "artıq ölümlərin" sayını müəyyənləşdiriblər.

Əvvəlki illərlə müqayisədə nekroloqların və açar söz sorğularının artımını hesablayan və bunu ümumi əhali üzərində proqnozlaşdıran tədqiqatçılar, COVID-19-un kütləvi şəkildə yayıldığı iki ayda 30 yaşdan yuxarı 1,87 milyon insanın xəstəlikdən ölə biləcəyi qənaətinə gəliblər.

Araştırmaçılar paytaxt Pekindəkçi Pekinq Universiteti və Qinqua Universiteti, həmçinin ölkənin Heylonqçianq əyalətindəki Harbin Texnologiya İnstitutunun tədqiqatçıları 2016-cı ilin yanvarından 2023-cü ilin yanvarına qədər ölüm elanlarını araşdıraraq, 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarındakı ölümlərin öncəki illərlə müqayisədə Pekindəki universitetlərdə 400, Harbindəki insitutda 56 faiz artdığını müəyyən ediblər.

Həmçinin, “sindrom izləmə məlumatları” adlandırdıqları "Baidu" sorğularını təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, axtarış sisteminin indeksində “cənazə evi”, “kremasiya” (cəsədin yandırılması), “krematorium” (cəsədlərin yandırıldığı yer) və “dəfn” sözlərinin materik Çində həmin dövrdə bütün bölgələrdə artım tezliyini hesablayıb.

Tədqiqatçılar, ölkənin qərbindəki ucqar və səpələnmiş bir bölgə olan Tibet muxtariyyəti istisna olmaqla, ölkənin bütün əyalətlərində və bölgələrində ölümlə bağlı açar sözlərin sorğulanması tezliyində artım müşahidə ediblər.

Pekin və Harbin universitetlərində nekroloqların artması ilə ölümlə bağlı sözlər üçün sorğuların artması arasında sıx əlaqə olduğunu təsbit edən tədqiqatçılar, müqayisəli məlumatlardan ölkə daxilində ölümlərin mümkün çoxluğunu proqnozlaşdırıblar.

Tədqiqatçılar COVID-19 tədbirlərinin ləğvindən sonrakı iki ayda əvvəlki illərlə müqayisədə 30 yaşdan yuxarı əhali arasında 1,87 milyon daha çox ölüm olduğunu təxmin ediblər.

Bir ölkədə epidemiyalar zamanı ölüm rəqəmləri ilə bağlı şübhələr yarandıqda, faktiki ölüm sayını müəyyən etmək üçün əhali statistikasındakı hazırkı ölüm sayının əvvəlki illərlə müqayisəsi yolu ilə “ölüm profisiti”nin hesablanması etibarlı üsul kimi qəbul edilir.

Poliqon.info


Etiket: COVID-19 Çin ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar