Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Türkiyənin Afikada və Uzaq Şərqdəki fəaliyyətindən narahatdır

Ankaranın Afrika Buynuzu bölgəsində artan nüfuzu Pekini narahat etməyə başlayıb....

Poliqon xəbər verir ki, Avstraliya Strateji Siyasət İnstitutu (ASPI) Türkiyənin Afrika Buynuzu bölgəsində (Somali, Efiopiya, Eritreya və Cibuti) artan təsirini təhlil edir və bunun Çin üçün narahatlıq doğurduğunu iddia edir.

“Türkiyə ilə Somali arasında bu yaxınlarda imzalanmış “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi” Pekində müzakirələrə səbəb olub. Müqavilə Türkiyənin xarici siyasətindəki daha geniş dəyişikliklərin bir hissəsidir. Əvvəllər Ankara yaxınlıqdakı regionlara (Yaxın Şərq, Cənubi Qafqaz və Aralıq dənizi) diqqət yetirirdi. Amma indi bu ölkənin siyasəti Afrika Buynuzu bölgəsində daha aqressivdir və onun hüdudlarından kənara da yayılır”, deyə hesabatda qeyd edilir.

Qeyd edilir ki, Türkiyə Uzaq Şərqin Yaponiya və Cənubi Koreya kimi heç bir ərazi mübahisəsi olmayan inkişaf etmiş ölkələri ilə daha möhkəm əlaqələr qurur.

“Türklərin bu cür fəaliyyəti çinliləri sevindirmir, çünki Türkiyə buradakı fəaliyyətini getdikcə genişləndirməklə Çini bölgədə sıxışdıra bilər”, deyə Avstraliya Strateji Siyasət İnstitutunun hesabatında qeyd edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar