Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Mingəçevir çimərliyində istirahət edən şəxslərlə ərazidə məskunlaşan məcburi köçkün ailəsi arasında dava yaranıb

Hadisə Mingəçevir Su Anbarında yerləşən və "Üçüncü buxta" adlanan çimərlikdə baş verib.

Belə ki, keçmiş turist bazası ərazisində məskunlaşan məcburi köçkün 39 yaşlı Kəlbəcər rayon sakini Məmişov Niyaməddin Müseyib oğlu və həyat yoldaşı Məmişova Aynurə İsax qızı ilə çimərlikdə istirahət edən bir qrup şəxs arasında mübahisə və münaqişə yaşanıb. Hadisə ailənin azyaşlı körpələrinin gözləri önündə baş verib. A.Məmişova övladları ilə birgə ərazidə heyvanları otararkən naməlum şəxslər tərəfindən nalayiq ifadələrlə təhqir olunub. Hadisədən xəbər tutan əri N.Məmişov da ora gəlib və bundan sonra tərəflər arasında mübahisə və münaqişə yaşanıb.

Nəticədə ailə başçısı N.Məmişov kürək və qabırğa nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya aparılaraq müayinə olunub və lazımi tibbi yardım alıb. O da məlum olub ki, zərərçəkənə münaqişə zamanı daşla da zərbə endirilib.

Baş vermiş hadisə ilə bağlı ailə polis orqanına müraciət edib. Faktla bağlı araşdırma aparılır.(APA)

pia.az


Etiket: dava

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Ən çox oxunanalar