Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib...

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Poliqon-a bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakterə malik olduğunu bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

***

"Report" "Sputnik-Özbəkistan"a istinadən xəbər verir ki, tərəflər Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Əməkdaşlığın 10 yeni sahəsi üzrə perspektiv layihələrə xüsusi diqqət yetirilib.

Tərəflər, həmçinin yüksək səviyyədə qarşıdan gələn görüşlərin və tədbirlərin cədvəlinə baxıblar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar