Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: “Ölkəmizin qarşısında dayanan prioritet işğaldan azad edilmiş ərazilərimizin inkişafıdır”

“Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş diplomatiya həftəsi çox önəmli və rəmzi məna daşıyır. Bildiyimiz kimi, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ulu öndərin həyatı, fəaliyyəti xalqımızın firavanlığına, dövlətçiliyimizin inkişafına həsr olunub. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada ümummilli liderin dəst-xəttinin, işlərinin şahidi olmayaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 18-də ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Diplomatiya könüllüləri” üçün diplomatiya həftəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, ölkəmiz üçün taleyüklü bir zamanda xarici siyasətin formalaşdırılması məhz ulu öndər tərəfindən həyata keçirilib.
“Həmin dövrdə Azərbaycanın xarici siyasət həyata keçirmək mexanizmləri belə yox idi. Bütün bu işləri ümummilli lider Heydər Əliyev özü təkbaşına və məhdud sayda olan komandası ilə həyata keçirdi.

Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Vətən müharibəsində qazandığımız Qələbə və sentyabrın 19-da həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu, tarixi ədalətin, beynəlxalq hüququn bərqərar olunması ilə yanaşı, xarici siyasət sahəsində də yeni üfüqlərin açılması baxımından imkanlar yaradır. Bu gün ölkəmizin qarşısında duran ən ümdə prioritet işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafıdır”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar