Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

8 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb...

XİN-dən Poliqon-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, Azərbaycanın AŞ-ya üzv olmasından ötən müddət ərzində insan hüquqlarının qorunması, qanunun aliliyi və demokratiyanın inkişafı sahələri üzrə Təşkilatla yaxından əməkdaşlıq etdiyini, aidiyyəti üzrə bir sıra Konvensiyalara qoşulduğunu, habelə müxtəlif birgə proqramların həyata keçirildiyini məmnunluqla qeyd edib.

Cari ilin 17 may tarixində Reykyavik şəhərində keçirilən AŞ-nın Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşünə istinad edən nazir Ceyhun Bayramov, AŞ çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi baxımından bu kimi görüşlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs edən tərəflər, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, medianın inkişafı və digər istiqamətlərində əməkdaşlığın səmərəli nəticələr verdiyini bildiriblər.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri, bu fəaliyyətə və vətəndaşlarımızın təhlükəsizliyinə hədə olan mina təhdidi, Qarabağ bölgəsindəki erməni sakinlərin reinteqrasiyası, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs edən nazir Ceyhun Bayramov, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğunun bu qəbildən olan ən böyük təhdidlərdən biri olduğunu qeyd edib. Bu istiqamətdə, sözügedən antiterror tədbirlərinin görülməsinin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi qarşısında duran maneələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Antiterror tədbirlərindən sonra bölgəyə səfər edən Avropa Şurası daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində irəli sürülən iddiaların əksinə, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının müşahidə olunmadığı vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar