Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çexiyanın ruspərəst prezidenti öz ölkəsinin kəşfiyyatına inanmır

Mariya Zaxarova isə onun rəhbərlik etdiyi dövləti “çəyirtkə” adlandırır...

Çexiya prezidenti Miloş Zeman son günlərdə Rusiya və rəsmi Praqa arasında qalmaqal yaşanmasına səbəb olan “Vrbetitse işi” barədə danışıb.

Xatırladaq ki, Çexiya kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarını 2014-cü ilin oktyabrında Vrbetitse qəsəbəsində bir silah anbarını partlatmaqda suçlayır.

Lakin Kremlin hər hərəkətinə haqq qazandırmaqla tanınan Çexiya prezidenti, deyəsən, öz ölkəsinin kəşfiyyatına da inanmır.

Onun sözlərinə görə, 2 vətəndaşın ölümü ilə nəticələnən həmin insidentin əsl səbəbi hələ bilinmir. Miloş Zeman partlayışın sursatlarla ehtiyatsız davranışın nəticəsində də törəyə biləcəyi ehtimalını dilə gətirib.

Çexiya prezidenti son 6 il ərzində milli kəşfiyyatın bu məsələdə rusları günahlandırmadığına diqqət çəkib. Dövlət başçısı buna görə də xüsusi xidmət orqanlarından daha çox həmin işlə bağlı məşğul olan polis və prokurorluğa inandığını söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova da Çexiyanın bu işdə rəsmi Moskvanı günahlandırmaq üçün əlində heç bir əsasının olmadığını bildirib.

Bundan başqa, Rusiya rəsmisi Çexiya hakimiyyətinin Böyük Britaniya, Estoniya, Latviya və Litvaya mənnətdarlıq etməsinə də diqqət çəkib və adı çəkilən dövlətləri təhqir edib.

O, bununla bağlı məşhur çex yazıçısı Karel Çapekin sözlərindən iqtibas gətirərək bu cümlələri işlədib: “Çəyirtkə sürü halında bir bəladır. Lakin təkbaşına onun heç bir qorxusu yoxdur. Eyni sözləri....qalanını özünüz fikirləşin...”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Maşının yanmağını istəmirsinizsə... – Bu əşyanı içəridə saxlamayın

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

Ən çox oxunanalar