Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cəbhəyə dönəcəyəm” - Naftalanda 5 ailə üzvünü itirən hərbçi

Məlum olduğu kimi, sentyabrın 27-də işğalçı Ermənistanın silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə atəş açması nəticəsində Naftalanın Qaşaltı kəndinin sakini Nadir Qurbanovun 5 ailə üzvü həlak olmuşdu.

PİA.az xəbər verir ki, ötən gün Rusiyanın “Dojd” telekanalı Nadir Qurbanovdan sentyabrın 27-də hadisə yerində aldığı qısa müsahibəni yayımlayıb. Məlum olub ki, ailə faciəsi yaşayan həmin şəxs hərbçi imiş:

“Nə baş verdiyi göz önündədir. Mənim atam, anam, yoldaşım, oğlum və qardaşımın qızı - hamısı burada idi, hamısı da həlak oldu. Bundan artıq nə demək olar?!”

6 il Azərbaycan ordusunda xidmət edən Nadir Qurbanov Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə də həmin vaxt cəbhədə olduğunu və hücumlar kəskinləşdiyi zaman ailəsi ilə əlaqə saxladığını, ancaq anası və yoldaşının başqa yerə getməyə razı olmadıqlarını bildirib.

Qaraqoyunlu kəndinə təxminən 20 mərmi düşdüyünü xatırladan Qurbanov, “Bunların dördüncüsü evimə düşdü. Xəbər alan kimi dərhal gəldim”,-deyə qeyd edib.

Qurbanov evə çatdıqda dəhşətli bir mənzərə ilə qarşılaşdığını və yerdə 15 illik yoldaşı, anası, atası və 2 uşağın cəsədlərini gördüyünü bildirib.

O, Bakıda oxuyan böyük oğlundan başqa ailəsindən heç kimin sağ qalmadığını qeyd edib.

“Bundan sonra nə etməyi düşünürsən?” sualına isə “Sağ qalan yeganə oğlumun ən yaxşı şəkildə böyüdə bilmək istəyirəm”, - deyə cavab verib.

Qurbanov, həyatındakı ən dəyərli sərvəti olan ailəsini xatırladan evə və evin həyətinə addım ata bilməyəcəyini, hər dəfə evə baxanda ailəsində olan xatirələrin gözündə canlandığını və bu ağrıya dözə bilmədiyini bildirib.

Yenidən cəbhəyə getməyə hazırlaşdığını söyləyən hərbçi, “Vətənimə təşəkkür edirəm. Lazım olsa canımı da verərəm. Qoy dövlət və millətimiz mövcud olsun. Mən indi cəbhədə deyiləm, amma yaxın gələcəkdə cəbhəyə gedəcəyəm”,-deyə qeyd edib.(Pravda.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar