Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“CBC Sport”un dörd əməkdaşı işdən ayrıldı: Telekanalda nə baş verir?

“CBC Sport” telekanalında daha dörd nəfər jurnalist işindən ayrılıb...

Prosport.az-ın xəbərinə görə, bunlar İsmayıl Abdullayev, Fərid Axundov, Emin Ağa və Əli Cəfərovdur.

Onların ayrılmasının müxtəlif səbəbləri var. Lakin hər birinin ayrılmasının kökündə müəyyən mənada maliyyə məsələsi də durur. Belə ki, “CBC Sport” maliyyə vəsaitinin azlığı ucbatından bəzi verilişləri bağlamalı olub.

“Neftçi TV”də də işləyən şərhçi İsmayıl Abdullayev bundan sonra TV.Net provayderinin verdiyi oyunları şərh edəcək. Fərid Axundov Türkiyədə doktorantura təhsili alacaq. Emin Ağa yeni yaradılmış idman saytında, Əli Cəfərov isə “Xəzər TV”də işə başlayıb.

Telekanal yaxın günlərdə yeni müxbir və şərhçilərin tapılması üçün kastinq elan edib. Bəlli məsələdir ki, TV təcrübəsi olmayan yeni əməkdaşlar daha az maaşa çalışmağa razılıq verəcəklər. Emin Ağanın aparıcısı olduğu “Bizim idman” verilişini isə bundan sonra tanınmış jurnalist Pərviz Musayev aparacaq.

Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli AFFA-da Mətbuat Xidmətinin rəhbəri təyin olunduğundan “CBC Sport”dan ayrılmalı olmuşdu.

Poliqon.info


Etiket: CBC Sport


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Ən çox oxunanalar