Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanovun qohumu olan idarə müdiri qanunsuz sanatoriya tikdirib…

62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovun şərikli sanatoriya tikdirdiyi deyilir...

“Arqument.az”a verilən məlumata görə, idarə müdirinin şəriki “Sehirli Naftalan” sanatoriyasının rəhbəridir.

Onların eyni zamanda quda olduğu bildirilir.

Məlumata görə, “Sehirli Naftalan” sanatoriyasının yanında yeni inşa edilən sözügedən 3 mərtəbəli sanatoriyanın tikintisi zamanı 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin texnikalarından istifadə olunub.

Artıq istifadəyə verilən yeni sanatoriya kompleksinin qanunsuz olduğu iddia edilir. Belə ki, bu kompleksin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alındığı, lakin sanatoriya kimi fəaliyyət göstərdiyi bildirilir.

Digər maraqlı məqam isə fərdi ev kimi dövlət komitəsində qeydiyyata alınan obyektin tibbi vannaların qoyulması və naftalan nefti xətti ilə təchiz olunmasıdır.

 
Tibbi xidmət yönümlü sanatoriyaların naftalan nefti ilə təmin olunması Səhiyyə nazirliyinin verdiyi xüsusi lisenziya ilə mümkündür.

Bu cür lisenziyaların fərdi evlərə yox, yalnız tibbi xidmət göstərən, tələb olunan standartlara cavab verən müəssisələrə verilir.

62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanova yaxın şəxslərdən sayılır. Onların həm də həmyerli və qohum olduqları deyilir.

Məsələ ilə bağlı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovdan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Ən çox oxunanalar