Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bunu etməklə Azərbaycan xalqına ziyan vurmuş oluruq“ - Natiq Cəfərli

Bir neçə gündür ki, ölkəmizdə “McDonald’s”, “Burger King”, “Papa John's” kimi transmilli şirkətlərə qarşı boykot çağırışları edilir. Lakin buna baxmayaraq, şirkət rəsmiləri atdıqları səhv addıma görə hələ də Azərbaycan xalqından üzr istəməyiblər.

Maraqlıdır, vətəndaşlarımızın boykot taktikası həmin şirkətlərin siyasətinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, beynəlxalq şəbəkələrin hansısa bir formada Azərbaycan maraqlarına toxuna biləcək ictimai açıqlamalar verməsi indiki həssas dönəmdə cəmiyyət tərəfindən çox kəskin qarşılanır:

“Bu isə normaldır. Çünki ordumuzun Dağlıq Qarabağ və ətraf rayonları işğaldan təmizlənməsi əməliyyatı insanlarda ədalətin bərpası kimi bir alqı yaradıb. Amma bu boykot taktikasını doğru hesab etmirəm. Etirazın müxtəlif formaları var, onlardan istifadə etmək olar. Belə ki, onların baş ofislərinə məktublar yazmaq mümkündür, həmçinin daha kreativ etiraz aksiyaları təşkil etmək olar. Məsələn, gənclərimiz üzərində “Qarabağ Azərbaycandır!” yazılan köynəklərlə gedib yemək yeyə, şəkillər çəkdirə və bunu paylaşa bilərlər”.

Mütəxəssis qeyd edib ki, həmin şirkətlərin Azərbaycandakı bazar payı çox kiçik-okeanda bir dalğa qədərdir. Azərbaycana isə onların faydası daha çoxdur:

“Təkcə “McDonald’s”da 1 200-ə yaxın azərbaycanlı çalışır. Onların əməkhaqqı, normal iş qrafiki, tibbi sığortası var. Digər şirkətlərdə də vəziyyət eynidir. Bunu etməklə Azərbaycan öz əhalisinə ziyan vurmuş olur. Çünki orada çalışan hər bir azərbaycanlının 4-5 nəfər ailə üzvünü nəzərə alsaq, görərik ki, kifayət qədər böyük bir rəqəm alınır. Ona görə də fiziki boykotun normal taktika olduğunu düşünmürəm. Azərbaycana ziyanlıdır, o şirkətlərə isə demək olar ki, ziyan dəymir. Ona görə də biz çalışmalıyıq ki, bu tipli hadisələr olanda ingiliscə müxtəlif beynəlxalq medialarda etirazımızı bildirək, baş ofislərinə müraciət edək. Yəni mən fiziki boykotun əleyhinəyəm. Bu məsələyə başqa tərəfdən də baxmaq lazımdır. İnşallah, biz torpaqlarımızı tamamilə işğaldan azad etdikdən sonra böyük investisiyalara ehtiyacımız olacaq və böyük transmilli korporasiyalara qarşı belə aksiyaların olması biznesi hürküdür. Bu, gələcəkdə Azərbaycanda böyük korporasiyaların investisiya qoymasını əngəlləyə bilər. Ona görə də məsələyə başqa tərəflərdən də baxmaq lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar