Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bunu edirəm və özümü “trol” adlandırıram” — Azər Həsrət

“Bəzi şəxslər bəzi trolluqda ittiham edirlər. Tanıyan-tanımayan hər kəs üstümə gəlir ki, Azər Həsrət trolluqla məşğuldur. Görünür, bu adamlar beyindən başqa hər şeyə sahibdirlər”...

PİA.az-ın xəbərinə görə bunu jurnalist Azər Həsrət deyib.

A.Həsrət növbədənkənar parlament seçkilərindən öncə sarkazmla dolu yazı yazdığını xatırladıb: 

“Yazıda bildirmişdim ki, qeyd etdiyim işləri həyata keçirən insan trol hesab olunursa, bəli, mən trolam, hətta ən böyüyüyəm. Azərbaycan dövlətinə xidmət etmək trolluqdursa, mən bunu edirəm və özümü “trol” adlandırıram. Öz imzamla yazmaq, çıxış etmək trolluqdursa, trol adını üzərimə götürürəm. Mən tanıyanlar bilir ki, heç vaxt saxta ad altında gizlənməmişəm, həmişə öz sözümü demişəm, bu gün də deyirəm. Heç vaxt gizli fəaliyyətlə məşğul olmamışam. Trolluq saxta adlar altında gizlənərək fəaliyyəti ehtiva edir. Mənim belə bir fəaliyyətim olmayıbsa, bunun harası trolluqdur? Ən çətin anlarda dövlət, Prezident üçün sinəmi qabağa verib çıxışlar etmişəmsə, bunun harası trolluqdur? Buna kim trolluq deyə bilər? Beyinsiz, düşünmək qabiliyyəti olmayanlar kiminsə haradasa yazdığını əsas götürüb trol olduğumu guya etiraf etdiyimi iddia edirlər. Bir az düşünməyə çalışın, hər halda beyniniz var. O beyin danışarkən, yazarkən dərin təhlil etmək üçündür, bunu işlədin. Başınız sizə lazımdır, ondan istifadə edin”.

Jurnalist qeyd edib ki, bəzi şəxslər dövlətin media siyasətinin yanlış olduğunu sağa-sola tirajlamaqla məşğuldurlar: 

“İddia edirlər, dövlər bu sahədə yanlış siyasət yürüdüb. Dövlət siyasəti deyəndə ağlınıza kim gəlir? İlham Əliyev! İndi nə demək istəyirsiniz, Prezident İlham Əliyevin media siyasəti yanlış olub? Yanlış olubsa, sözünüzü Prezidentə deməkdən niyə çəkirsiniz? Qorxursunuz ki, onu tənqid etmək olmaz? Qorxmayın! Dövlət başçısı tənqidlərdən çəkinən adam deyil. Tənqidlərə görə sizi təqib də etməyəcək. Buna əminəm. Amma tənqidi quru sözlə etməyin, konkret faktlarla göstərin. Deyin ki, filan məsələ filan vaxt bu cür yanlışlıqla həyata keçirilib. “Dövlətin media siyasəti yanlış olub” deyərək, boş-boş sözlərlə cəmiyyəti çaşdırmayın”.

pia.az


Etiket: Azər Həsrət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ən çox oxunanalar