Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bunlar əsasən azərbaycanlı QUMcuq tələbələr və azərbaycanca yazı yaza bilən ermənilərdir”

“Artıq xeyli müddətdir, Qumda və İrəvanda sosial mediada şəxsimə qarşı təbliğat aparılması üçün xüsusi qruplar yaradılıb. Bunlar əsasən azərbaycanlı QUMcuq tələbələr və azərbaycanca yazı yaza bilən ermənilərdir. Qumdan Müsəlman Birliyi təşkilatı vasitəsilə materialları Milli Şura trollarına ötürürlər, xaricdəki söyüş müxalifəti ilə birlikdə bütün cinahlarda hücuma keçirlər”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, buradakı erməni şəbəkəsi də ayrı-ayrı təhrif olunmuş mətn, karrikatura, yaxud da kollaj formasında əleyhimə təbliğat prosesini guya müstəqil şəkildə öz bloqlarında aparırlar: “Bəzən sadəlövh insanlarımızın bu axına düşərək canfəşanlıq etməsini görəndə hələ də ayılmadığımızı görürəm. Hər gün xaricdən maliyyələşən saytlarda ayrıca yalan informasiyalarla dolu məqalələr də yerləşdirilir. Məzhəbçi-tarixçi səhifələrdə də bu təbliğat geninə boluna aparılır. Sözümün canı odur ki, düşmənin qarşısında duruşumuz elə də asan başa gəlmir. Ancaq dirənişimizi göstərməsək, bu qüvvələrin üzərinə hücuma keçməsək informasiya məkanımızda Vətən xainləri istənilən formada proseləri yönəldə biləcəklər. Yəni çatdırmaq istədim ki, bircə cümləmi belə dəqiq göstərib bizə qarşı ittiham irəli sürə bilməzlər. Aylardır, cümlələri mətndən çıxarıb təhrif edərək tirajlayırlar, müxtəlif platformalarda söyüş və təhqirlə nüfuzdan salmağa çalışırlar. Bu prosesdə iqtidarda təmsil olunan və ayrı-ayrı guya müxalif mövqe nümayiş etdirən bloqerləri maliyyələşdirən şəxslərin təlimatları barədə də ipuclarına malikəm. Ona görə də daha ayıq-sayıq olmalıyıq, qumcuqların, ordakı-burdakı ermənilərin, milli cahillərimizin ortaqlaşa gerçəkləşdirdiyi layihələri pozmalıyıq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar