Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bugünkü sərhəd təxribatında yaralanan hərbçimizin ailəsindən açıqlama: “Vəziyyəti stabildir” - Foto

Hərbi qulluqçumuzun yaralanma xəbəri ildırım sürətilə bütün el-obaya yayılıb...

Ötən axşam Ermənistanın növbəti təxribatı nəticəsində başından güllə yarası alan müddətdən artıq həqiqi hərbi qulluqçu Müslüm Mahmudlu Qaxın Əmircan kəndində doğulub, boya-başa çatıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən ilin sonunda hərbi xidmətini başa vuran bu igid oğlan tərəddüd etmədən Azərbaycan Ordusunda müddətli müqavilə bağlamaq üçün müraciət edib. Hərbi qulluqçumuzun yaralanma xəbəri ildırım sürətilə bütün el-obaya yayılıb.

Bu gün səhərdən kənd sakinləri, eləcə də Qaxın müxtəlif kəndlərindən eşidən-bilən Əmircan kəndinə gəlir. Rayon rəhbərliyi, hərbi komissarlığın nümayəndələri də Mahmudovlar ailəsinə baş çəkib, onlara keçmiş olsun deyiblər.

Gələnləri Mahmudovların ağsaqqalı Əziz müəllim qarşılayır. O, Müslümün əmisidir, qazi atasıdır. Üz-gözündə yorğunluq və əsəb hiss olunsa da, jurnalistləri anlayışla qarşılayır.

Həyətdə xeyli insan var. Əziz müəllim deyir ki, səhər tezdən eşidən-bilən hər kəs təsəlliyə, keçmiş olsun deməyə gəlir. Rayon rəhbərliyindən, hərbi komissarlıqdan gələrək ailə üzvləri ilə görüşüb, son məlumatları veriblər.

Onun sözlərinə görə, Müslüm hərbi xidməti başa vurandan sonra müqavilə ilə xidmətə gedib:

“Haradasa üç ay olar ki, xidmətdə idi. Bizə məlumat gəlib ki, düşmən tərəfindən güllə atılıb və yaralanıb. Rəsmilərin verdiyi məlumata görə, artıq vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur. Hələ ki gözləyirik, Bakıya göndəriləcəyi deyilir. Biz də yaxını, valideyni kimi görüşünə getməyə hazırlaşırıq”.

Əziz müəllim əlavə edir ki, qoy həkimlərinin əlləri şəfalı, düşərli olsun.

İndi Mahmudovlar ailəsi kimi, bütün əmircanlılar, qaxlılar Müslümün sağalıb evinə, ailəsinə qayıtması üçün dua edirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Ən çox oxunanalar