Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il boşanmaların sayı artıb - Səbəbləri nədir, mühit, sosial şəbəkələr, yoxsa?...

Sosioloq: “Boşanmalarının sayının çoxalması daha çox mənəvi problemdir”

Psixoloq: “Bu gün boşanmaların olmasının ən böyük səbəbi düşünülməmiş evliliklərdir”.

Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb. Xəbər verdiyimiz kimi, bu statistikanı hüquqşünas Ələsgər Məmmədli açıqlayıb. Hüquqşünas qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12 396 boşanma qeydə alınıb.

Ümumiyyətlə isə son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.

10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb. Təbii ki, boşanmaların sayının artması, östərilən statistikalar cəmiyyətdə narahatlıqla qarşılanır.

Son zamanalrda tez-tez hansısa gənc ailələrin çox erkən, hətta bir ay sonra boşandıqlarının şahidi oluruq. Onların arasında adi vətəndaşlar da, tanınmışlar da var.

Boşanmaların artma səbəblərindən biri də sosial şəbəkələr göstərilir. Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr üzündən ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq. Bu iddia təkcə ölkəmizdə deyil, digər inkişaf etmiş ölkələrdə də var. Məsələn, amerikalı ekspertlər qeyd edirlər ki, ABŞ-da hər 6 boşanma qərarının 1-də facebook-un adı çəkilir. Bildirilir ki, yeni dostlar, yeni çevrə və keçmiş dostları birləşdirən səhifələr evlilikləri təhlükəyə salır. Bu səhifələr ailələrdəki münaqişələrin daha da böyüməsinə səbəb olur.

Başqa bir səbəb gənclərin sosial şəbəkələrdə tanış olub, bir-birini yaxından tanımadan tez bir zamanda evlənmək qərarına gəlməsidir. Araşdırmalara görə, boşanmaların 20-25 faizi nikahın adətən tanışlıqdan 3-4 ay sonra bağlanması ilə əlaqədardır.

Mövzu ilə PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğluna və psixoloq Fərqanə Mehmanqızına müraciət edib.

Əhməd Qəşəmoğlu: “Ailə institutu deyilən qurum var ki, onlar xüsusi olaraq bu işlə məşğul olmalıdır. Amma onlar bu işi bacarmırlar”.

Boşanmaların sayının çoxalmasının bir səbəbi kimi mühitin təsir etdiyini düşünən sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, cəmiyyət günü-gündən mürəkkəbləşir, cəmiyyətdə maddi dəyərlər ön plana keçir, mənəvi dəyərlər sıxışdırılır. Mənəvi dəyərlərin get-gedə öz əhəmiyyətini itirməsi ailə dəyərlərinə çox güclü ziyan vurur:

“Hər bir davranışa 3 mühüm amil təsir edir. Bunlar aşağıdakılardır:

1. Mühitdə gedən proseslər;

2. Şəxsin aldığı informasiyalar və həmin informasiyaların məzmunu;

3. Şəxsin üstünlük verdiyi dəyərlər.

Boşanmaların sayının çoxalmasının bir səbəbi mühitin təsiridir. Cəmiyyət günü-gündən mürəkkəbləşir, cəmiyyətdə maddi dəyərlər ön plana keçir, mənəvi dəyərlər sıxışdırılır. Mənəvi dəyərlərin get-gedə öz əhəmiyyətini itirməsi ailə dəyərlərinə çox güclü ziyan vurur.

Həmçinin də informasiyanın məzmunu dəyişib. Bir çox tv-lər boşanmalar, ailə dağılmaları ilə bağlı məlumat verirlər, amma nümunəvi ailələr barədə heç bir informasiya verilmir. Yəni ailə dəyərləri, ailənin üstünlüyü barədə tv-lər insanlarda ətraflı, ciddi fikir formalaşdırmır. Bu hallar da insanların davranışlarına təsir edir.

Bəziləri elə bilir ki, boşanmalar ancaq maddiyyatla bağlıdır. Amma bu belə deyil. Çünki müxtəlif dövrlərdə maddiyyat bundan da çətin olub.

Bir daha qeyd edim ki, boşanmalarının sayının çoxalması daha çox mənəvi problemdir. Bu sahəni başlı-başına qoymaq düzgün deyil. Təəssüf ki, bu sahə ilə məşğul olmalı olan qrumlar bu işlə məşğul olmağı bacarmırlar. Onlarda bu sahə üzrə bir təcrübə də yoxdur. Buna görə də vəziyyət bu hala gəlib çatıb.

Əhməd Qəşəmoğlu: “Tv-lər boşanmalar, ailə dağılmaları ilə bağlı məlumat verirlər, amma nümunəvi ailələr barədə heç bir informasiya verilmir”.

Ailə institutu deyilən qurum var ki, onlar xüsusi olaraq bu işlə məşğul olmalıdır. Amma onlar bu işi etmir yox, bu işi bacarmırlar. Çünki işin öhdəsindən gələ bilən mütəxəssislər yoxdur.

Boşanmaların sayının çoxalmasında internet resursları mühüm rol oynayır. Mən dəfələrlə demişəm ki, internet, sosial şəbəkə ilan zəhəri kimidir. Doğru istifadə edəndə dərmandır, artıq istifadə edəndə isə dağıdıcı, öldürücü xarakter daşıyır.

Təbii ki, sosial şəbəkə çox mühüm bir vasitədir. Həyatımızda biz internetden istifadə etməliyik. Amma internetden aşırı dərəcə istifadə etdikdə ziyanlı tərəfləri üzə çıxır. Əks cinslər internetde bir-biri ilə çox tez ünsiyyət tapır və tez bir zamanda ortadan bütün pərdələr götürülür. Bunlar da ailənin dağılmasında ciddi rol oynayır”.

Fərqanə Mehmanqızı: “Ana xətt olaraq boşanmaların səbəbini sosial şəbəkələrdə görmək məntiqsizlik və dünyagörüşündən geridə qalmaq olar”.

Sanki hər kəs öz sosial səhifəsində ən yaxşısını göstərmək istədiyini vurğulayan psixoloq qeyd edib ki, bu da evdə oturub sosial şəbəkəni izləyən, monoton həyatları olan insanlarda qıcıq yaradır. Evdə oturan insanlar da düşünürlər ki, hər kəs xöşbəxtdir bir bunlar bədbəxtdir:

“Mən boşanan insanlarda əsas onların neçə illik ailə olduqlarına diqqət edirəm. Müşahidələrimə görə, boşanan ailələrin çoxu yeni ailələr olurlar.

Onu da qeyd edim ki, evlənmə sayı da çoxdur. Sanki insanlar bir-birlərinə ailə qurduqların göstərmək istəyirlər. Yəni insanlar ailənin yükün bilmədən kimlərəsə, göstərmək istəyirlər ki, mənim toyum, xınam oldu. Həmin insanlar toylarını, xınalarını sosial şəbəkədə də yayırlar və buna görə ailə qurmağa tələsirlər. Ailə qurmağa tələsdikləri üçün ailə qurandan sonra olan prosedurlara barmaqarası baxırlar. Ailə qurandan sonra göstəriş falan olmur və bundan sonra ailə qayğıları, məsuliyyət, qarşı tərəfin öhdəlikləri yük olaraq onların çiynində olur. Bu yükü daşıya bilmədikləri zaman məcbur olaraq aqressiyadan ayrılırlar. Bir çox ailələr özlərini müasir göstərsələr də ayrılarkən bir-birlərinə qarşı kin, nifrət olur. Əgər həmin ailələrdə övlad varsa, təbii ki, bu kin, nifrət öclada yansıyır. Bununla da gələcəyin travmalı bir cəmiyyəti yaranır.

Bu gün boşanmaların olmasının ən böyük səbəbi düşünülməmiş evliliklərdir. Yəni mən evləndim göstərişi ilə olan evliliklərdir. Ailələr sanki övladlarını ərə verməklə öz öhdəliklərini bitmiş kimi bilirlər. Sanki şüur altı bu məsuliyyətdən canlarını qurtarırlar. Buna görə də müəyyən qədər övladlarına icazə verirlər ki, bu qədər rahat evliliyə getsinlər.

Onu da qeyd edim ki, cəmiyyətimizdə artıq avropalaşma və “nə olsun” fikri ilə yaşayanlar var. Mən demirəm boşanmalar pisdir. Boşanmaların nə tərəfdarıyam, nə də ona qarşıyam. Boşanmaq insan həyatının dəyişməsi deməkdir. Amma bu da evliliyin səbəbinə baxır. 2 ilin, 3-6 ayın səbəbsiz boşanmaları təbii ki, məntiqsiz evliliyin nəticəsidir.

Fərqanə Mehmanqızı: “Düşünmürəm ki, sosila şəbəkələr və yaxud da bir başqa real görünən səbəblər boşanmaların artmasına birdəfəlik səbəbdir”.

Sosial şəbəklərin ən böyük mənfisi bir-biri ilə qabarıq şəkildə yarışmasıdır. Əvvələr belə deyim var idi ki, “camaatdan ayıbdı”, “camaat nə deyər”. İndi bu kimi deyimlər keçib sosial şəbəkədə oturub və qabarıq şəkildə özünü göstərir. Sanki hər kəs öz sosial səhfəsində ən yaxşısın göstərmək istəyir. Bu da evdə oturub sosial şəbəkəni izləyən, monaton həyatları olan insanlarda qıcıq yaradır. Evdə oturan insanlar da düşünürlər ki, hər kəs xöşbəxtdir bir bunlar bədbəxtdir. Həmçinin evdə oturan qadınlar elə bilirlər ki, hamı səyahətdə, gəzməkdədir bir bunlar oturub uşaqlarına baxır, ərlərinin əziyyətlərin çəkilər.

Eləcə də sosial şəbəkələrdə qadınlar gözəl rəsmlər qoyurlar və kişilərə elə gəlir ki, qadınların hamısı gözəldi, yaraşıqlıdır, özünəbaxımlıdır. Evə gələndə də həyat yoldaşında bütün günün ağırlığın, yorğunluğun görəndə düşünür ki, tək mənim həyat yoldaşım özünə baxmır. Məişət həyatı ilə, sosial həyatı qarışdıran insanlarda psixoloji travma meydana gəlir və həmin insanların ətrafa qarşı aqressiyası olur.

Mən düşünmürəm ki, sosila şəbəkələr və yaxud da bir başqa real görünən səbəblər boşanmaların artmasına birdəfəlik səbəbdir. Təbii ki, sosial şəbəkələr bizim hər birimizin həyatında var və bu sosiallaşmamızın səbəbidir. Həddən artıq sosiallaşmağımız da müəyyən nəticələrə gətirib çıxarmalıdır. Amma ana xətt olaraq boşanmaların səbəbini sosial şəbəkələrdə görmək məntiqsizlik və dünyagörüşündən geridə qalmaq olar. Çünki fərqli yaşlarda milyonlarla insanlar sosial şəbəkələrdən istifadə edirlər və bu onların həyat tərzinə təsir etmir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Boşanmalar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ən çox oxunanalar