Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün Azərbaycanda bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq...

Bu barədə Poliqon-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında Qaz Paylayıcı Stansiyalarda (QPS) ölçü qovşaqlarının giriş və çıxışlarında quraşdırılmış istismara yararsız siyirtmələrin dəyişdirilməsi ilə bağlı sentyabrın 21-də saat 09:00-dan təmir işləri başa çatanadək “Oğuz (Yaqublu)” ölçü qovşağından və “Balakən 1 və 2 xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Oğuz rayonun tam olaraq, Balakən rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar “Yeni Binə 3 xətt” ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan “Zəyəm” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və “Keşlə” QPS-dən qidalanan “Şüşə” orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədi ilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun 1 hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Poliqon.info


Etiket: qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar