Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, “Yaşıl bazar” açmaq cəhdidir…”

Sabiq deputatdan din dərsləri təklifinə sərt reaksiya

Orta məktəblərdə dini dərslər keçiriləcəksə… Mütəxssislər gərəkdir. Mütəxəssislər isə ya yoxdur, ya da kifayət qədər deyil. Onda nə etməli?”

“AzPolitika.info”nun məlumatına görə, sabiq deputat Alqış Həsənoğlu orta məktəblərdə din dərslərinin keçirilməsi barədə müzakirələrə həsr etdiyi “Facebook” statusunda bunları yazıb.

A.Həsənoğlu belə təkliflərə sərt və ironiyalı reaksiya verib: “İlk növbədə yada dini təhsil verən İlahiyyət İnstitutu düşür. Deməli, orta məktəbləri mütəxəssislərlə təmin etmək üçün bu institutun fəaliyyətini genişləndirmək lazımdır.

Təbii ki, tələbə qəbulunun sayını artırmaq qaçılmazdır.

Tələbələrin sayı artacaqsa, müəllimlərin sayı artmalıdır.

Tələbə-müəllim heyəti böyüyürsə, sözsüz ki, institutun binası böyüməlidir, büdcəsi atrmalıdır. Və sair.

Orta mktəblərə dini tədris edən mütəxəssislər cəlb edəndən sonra təklif vermək olar ki, məktəblərdə dini məsələlər üzrə direktor müavini ştatı yaradılsın. Necə ki, icra hakimiyyətlərində ictimai-humanitar şöbənin dini işlər üzrə müavini var.

Beləcə, təsərrüfatı əməlli-başlı genişləndirmək mümkündür…

Sonra da məsələ qaldırmaq olar ki , maarif şöbələrində dinin tədrisi məsələlərinə cavabdeh olan bölmə yaradılsın.

Sonra da təklif vermək olar ki, Təhsil Nazirliyində dinlə bağlı müvafiq struktur təşkil edilsin.

Bir az da keçəndən sonra demək olar ki, bəlkə dini məsələlər üzrə vitse-prezidentlik vəzifəsi təsis olunsun?…

Mənim üçün maraqlıdır, həm də aydın deyil ki, bu nə tendensiyadır?

Amma bir şey aydındır ki, bu, cahilliyə qarşı çıxan maarifçilik xətti deyil, “yaşıl bazar” açmaqdır…”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar