Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüssel sülh prosesi... - Hazırkı mərhələdə sülh prosesinin sona çatdırılması üçün hansı maneələr görünür?

Bu maneələr Azərbaycanla Ermənistan arasında yeni müharibəyə səbəb ola bilərmi?..

Siyasi-şərhçi: “Bu sülh sazişi bizim üçün əvvəlki kimi mühim əhəmiyyət daşımır”.

“Biz də öz növbəmizdə, beynəlxalq aləmdə bizim sülhdə maraqlı olmadığımızı düşünməsinlər deyə bu dəfəki görüşə qatılmalıyıq”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli növbəti Brüssel görüşündən gözləntilən nəticələri Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanla Ermənistan arasında sülh müzakirələri bu ayın sonunda Brüsseldə baş tutacaq. Sentyabr ayında regionda dəyişən status-kvo Ermənistanın bir çox tələblərini artıq gündəlikdən çıxarıb.

Növbəti Brüssel görüşündən hansı gözləntilər var və hazırkı durumda sülh prosesinin sona çatdırılması üçün hansı maneələr görünür? Bu maneələr Azərbaycanla Ermənistan arasında yeni müharibəyə səbəb ola bilərmi?

Azərbaycanla Ermənistan arasında gedən prosesləri Poliqon-un əməkdaşı AĞ Partiya başqan müavini, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Əlbəttə, biz sülhün tərəfindəyik və bizim Ermənistandan tələb etdiyimiz hər bir şey beynəlxalq hüquqa və iki ölkə arasında bağlanan müqavilələrə söykənib”.

Bundan sonra sülh sazişi üçün Ermənistanın daha çox can atacağını qeyd edən politoloq bildirib ki, biz də bundan məharətlə istifadə edərək həm Zəngəzur dəhlizi məsələsində, həm də digər məsələrdə önəmli irəlləyişlər əldə bilərik:

“Bildiyiniz kimi, bundan öncə Azərbaycan İspaniyanın Granada şəhərində baş tutan görüşdən iştirakçıların qərəzli mövqeyi səbəbindən imtina etdi. Bu imtinadan sonra, Avropa İttifaqı prezidenti Şarl Mişel Azərbaycanın qətiyyətli mövqeyini anlayaraq ölkə başçısı İlham Əliyevlə bir daha telefon danışığına çıxdı və onların bu sülh prosesinə töhvə verməkdə maraqlı olduğunu bildirdi.

Hesab edirəm ki, biz də öz növbəmizdə, beynəlxalq aləmdə bizim sülhdə maraqlı olmadığımızı düşünməsinlər deyə bu dəfəki görüşə qatılmalıyıq. Ancaq bu sülh sazişi bizim üçün əvvəlki kimi mühim əhəmiyyət daşımır. Artıq sülh sazişi olmadan belə, biz 23 saatlıq anti-terror tədbirlərində ərazi bütövlüyümü tam olaraq bərpa etdik. Artıq Xankəndidə, Xocalıda, Xocavənddə bizim bayrağımız dalğalanır.

Kamran Məmmədli: “Əgər Ermənistan revanşist mövqeyinə qayıdacaqsa, əlbəttə ki, biz də buna laiqli cavab verməyə daim hazırıq”.

Bundan sonra sülh sazişi üçün Ermənistan daha çox can atacaq. Biz də bundan məharətlə istifadə edərək həm Zəngəzur dəhlizi məsələsində, həm də digər məsələrdə önəmli irəlləyişlər əldə bilərik. Artıq diqtə edən tərəf bizik.

O ki qaldı, bu müharibəyə səbəb ola bilərmi sualına hesab edirəm ki, bu Ermənistanın özündən asılıdır. Əlbəttə, biz sülhün tərəfindəyik və bizim Ermənistandan tələb etdiyimiz hər bir şey beynəlxalq hüquqa və iki ölkə arasında bağlanan müqavilələrə söykənib. Əgər Ermənistan bunlara əməl etməyəcəksə və revanşist mövqeyinə qayıdacaqsa, əlbəttə ki, biz də buna laiqli cavab verməyə daim hazırıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Ən çox oxunanalar