Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın dünya lideri olmaq üçün kifayət qədər pulu yoxdur...

Böyük Britaniya dünyada lider rolunu qoruyub saxlamaq cəhdi ilə müdafiə xərclərini artırır, lakin bu hələ də kifayət etmir...

Poliqon xəbər verir ki, Almaniyanın “Das Erste” telekanalı bu qənaətə gəlib.

Telekanal “beynəlxalq məsuliyyəti öz üzərinə götürməyin Britaniya siyasətinin bir hissəsi olduğuna” diqqət çəkib. Kanal qeyd edir ki, İcmalar Palatasında baş nazir Rishi Sunak, mülki gəmilərə edilən hücumlara cavab olaraq Husilərin mövqelərinə hərbi zərbələrin endirilməsini zəruri “özünümüdafiə” kimi qiymətləndirib. O, həmçinin Qırmızı dənizdə gəmilərə hücumların davam edəcəyi təqdirdə növbəti zərbələrlə hədələyib. London da Ukraynaya yardım etməyi öhdəsinə götürüb və münaqişə başlayandan bəri ingilislər 60 min Ukrayna əsgərinə təlim keçib.

“Ancaq bu beynəlxalq mövcudluq çox pula başa gəlir. Və lazımi vəsaiti toplamaq getdikcə çətinləşir”, deyə telakanal qeyd edir.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps müdafiə büdcəsinin artırılmasının zəruriliyini bəyan edərək, hökumətin artıq müdafiəyə 50 milyard funt-sterlinqdən çox xərclədiyini qeyd edib.

“2024-cü ildə biz xərcləri daha da artıraraq ÜDM-in 2,5 faizinə çatdırmağı planlaşdırırıq”, deyə nazir qeyd edib.

Eyni zamanda,telekanala müsahibə verən ekspertlər Britaniyanın “çürüməkdə olan” nüvə raket arsenalının yenilənməsinin zəruriliyinə diqqət çəkiblər. Bununla belə, bunun üçün xərclər açıqlanmır, lakin bu xərclərin “böyük” olacağı açıq-aydın görünür.

“Yüksək xərclərə baxmayaraq, bir şey aydındır: Britaniya Ordusunun fəaliyyət imkanları məhduddur”, “Das Erste” vurğulayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar