Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bred Pitt Ancelina Colini rusiyalı oliqarxla əlbir olmaqda ittiham edir

58 yaşlı amerikalı aktyor və kinoprodüser Bred Pitt keçmiş həyat yoldaşı, 47 yaşlı aktrisa Ancelina Colini sənətçidən qisas almaq üçün rusiyalı oliqarxla əlbir olmaqda ittiham edib.

Bu barədə “DailyMail” məlumat yayıb.

“Bir zamanlar Hollivudda” filminin ulduzunun keçmiş həyat yoldaşının 2021-ci ildə Pittin özünə məxsus “Mirava” şərab zavodunda payını satdığını və bu faktı da qəsdən aktyordan gizlətdiyini biləndə qəzəbləndiyi bildirilir. Səhmin alıcısı isə rusiyalı oliqarx və alkoqol maqnatı Yuri Şefler olub.

Keçmiş cütlük arasında məhkəmə prosesi üçün təqdim olunan sənədlərdə aktyorun vəkilləri Şeflerin əvvəldən “zəhərli niyyətləri” olduğunu və Pittin şərab biznesindəki bütün paylara sahib olmağı planlaşdırdığını göstəriblər.

“Coli bundan xəbərdar idi, Şefler və onun filiallarının Pitt tərəfindən qurulan biznesə nəzarət etməyə çalışacağını, həmçinin sənətçinin “Mirava”dakı sərmayəsini pozacağını düşünürdü”, - deyə məhkəmədə bildirilib.

Aktyorun vəkilləri bildiriblər ki, Colinin bu hərəkəti məhkəmənin keçmiş həyat yoldaşlarına beş azyaşlı övladlarına bərabər himayədarlıq verilməsi ilə bağlı ilkin qərar çıxarması, “Malefisenta” ulduzunun isə onları özünün böyütməyi planlaşdırması ilə bağlıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Ən çox oxunanalar