Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük inflyasiya olacaq, panika yaranacaq, milyarderlərdən tutmuş sadə adamlara qədər hamı zərər çəkəcək…

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi halında ona qarşı sərt iqtisadi sanksiyalar paketi hazırlayıb. “The New York Times” yazır ki, yeni tədbirlər Vaşinqtonun Kremlə qarşı sanksiyalar siyasətinə yanaşmasını əsaslı şəkildə dəyişir.

Əgər Amerika Krımın və Donbass ərazilərinin bir hissəsinin işğalına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Kremlin sahibi Vladimir Putini mühasirəyə almağa yönəlibsə və Rusiya Federasiyasının sadə vətəndaşlarına təsir etməyibsə, yeni tədbirlər bütün rusiyalıları "incidəcək": milyarderlərdən tutmuş orta təbəqəyə qədər.

Bu sanksiyalar paketi işə salınarsa, Rusiya yüksək inflyasiya, birjaların çökməsi və digər maliyyə panika formaları ilə üzləşəcək. Tədbirlər bütün Rusiya iqtisadiyyatına təsir edəcək və sadə rusiyalıların həyatına ciddi təsir göstərəcək ki, bu da özünü ərzaq və digər malların bahalaşması, həmçinin rublun devalvasiyasında büruzə verəcək. Rusiya xarici kreditlər almaq imkanını itirəcək, dövlət istiqrazlarının satışı və Rusiya iqtisadiyyatının əsas sektorları üçün texnologiyaların tədarükü qeyri-mümkün olacaq. Həmçinin, Rusiya prezidentinin yaxın ətrafının aktivləri dondurulacaq. Bank sektoruna və özəl kapital fonduna qarşı sanksiyalar 1,5 trilyon dollar zərərlə nəticələnəcək.

Eyni zamanda, məqalə müəllifləri xəbərdarlıq edirlər ki, Rusiyaya bu cür hərtərəfli iqtisadi zərbə Avropanın əsas iqtisadiyyatları üçün müəyyən risklər daşıyır. Moskva enerji təchizatının azaldılması və həmçinin, ABŞAvropa İttifaqının infrastrukturuna kiberhücumlarla cavab verə bilər. Bu baxımdan, Amerika hakimiyyəti Rusiyaya ən ağır zərbəni endirməyə və Qərbin iqtisadiyyatı üçün mənfi nəticələri minimuma endirməyə imkan verəcək tədbirlər paketi formalaşdırmağı hədəfləyir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar