Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell Quterreşə dəstəyini ifadə edib

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell BMT Baş katibi Antonio Quterreşə dəstəyini ifadə edib...

APA xəbər verir ki, bununla bağlı Borrell "X" hesabında paylaşım edib.

"BMT Baş katibi Antonio Quterreşin sözləri təhrif edilib. BMT Təhlükəsizlik Şurası HAMAS tərəfindən 7 oktyabrda İsraildə törədilən dəhşətli və görünməmiş terror aktlarını birmənalı olaraq pisləyib. O, həmçinin aydın şəkildə mövqeyini ifadə edib ki, bütün mülki insanların həyatı eyni dərəcədə dəyərlidir və beynəlxalq humanitar hüquq 7 oktyabrda törədilənlərdən əvvəl də sonra da hamıya aiddir.

Biz Baş katib Quterreşin və BMT əməkdaşlarının Yaxın Şərqdə və bütün dünyada sülh naminə və insanlara yardım üçün fəaliyyətini tam dəstəkləyirik" Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail - HAMAS arasında müharibə və Qəzzadakı vəziyyətlə bağlı BMT TŞ-də iclas zamanı BMT Baş katibi Qəzzada baş verləri beynəlxalq humanitar hüququn pozulması adlandırıb və o əlavə edib ki, 7 oktyabrda baş verənlər birdən-birə meydana çıxmayıb. İsrail Xarici İşlər Nazirliyi BMT Baş katibinin bu çıxışına sərt reaksiya verib. İsrail XİN rəhbəri BMT Baş katibi ilə görüşdən imtina edib, İsrailin BMT-dəki səfiri Quterreşi istefa verməyə çağırıb və İsrail XİN BMT əməkdaşlarına viza verməyi dayandırmağı nəzərdən keçirdiyini bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar