Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell Qəzzadakı qətliam xəbərindən dəhşətə gəlib

Avropa diplomatiyasının rəhbəri Cosep Borrell bildirib ki, humanitar yardım üçün növbəyə duran Qəzzalıların qətliam xəbərləri dəhşətlidir...

Poliqon xəbər verir ki, Borrel bu barədə X sosial şəbəkəsində yazıb. Avropa diplomatiyası rəsmisinin sözlərinə görə, belə qurbanlar qəbuledilməzdir.

“Humanitar yardıma son dərəcə ehtiyacı olan Qəzzalı mülki əhali arasında növbəti qan tökülməsi xəbəri məni dəhşətə gətirir. Bu ölümlər qətiyyən qəbuledilməzdir”, deyə Borrell X -da yazıb.

BMT-nin Baş katibi Antonio Quterreş də Qəzza zolağında baş verən növbəti faciəni pisləyib. Qeyd edək ki, fevralın 29-da səhər Qəzza şəhərinin cənub-qərbində insanlar ərzaq yardımının paylanmasını gözləyən zaman öldürülüb. HƏMAS və Təl-Əviv baş verənlərlə bağlı müxtəlif versiyalar irəli sürürlər. Regional Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) zərbəsi nəticəsində azı 112 nəfər ölüb, 750-dən çox insan yaralanıb. Bununla belə, İsrail ordusu insanlara heç bir atəş açılmadığını olmadığını və ölümlərin basırıq nəticəsində baş verdiyini təkid edir.

Xatırladaq ki, Qətərin paytaxtı Dohada İsrail və HƏMAS hərəkatının nümayəndə heyətlərinin iştirak etdiyi Qəzza zolağı ilə bağlı danışıqlar aparılır. Dialoqun əsas məsələləri atəşkəs və HƏMAS qrupunun saxladığı məhbusların İsrail həbsxanalarındakı məhbuslarla dəyişdirilməsidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar