Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell Avropa İttifaqının xarici siyasətini uğursuz hesab edir...

Avropa İttifaqının Ukrayna böhranı və Qəzza zolağındakı müharibəyə reaksiyasında fərqliliklər Avropa ölkələrinin ərəb dünyası, Afrika və digər regionlarla münasibətlərində ciddi problemlər yaradıb...

Poliqon xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cosep Borrell öz bloqunda bildirib.

Seçkilər ərəfəsində Avropa diplomatiyasının rəhbəri kimi fəaliyyətinə faktiki yekun vuran yazısında Borrell bildirib ki, Aİ-nin “qətiyyətli” hərəkət etdiyi Ukraynadan fərqli olaraq, Qəzzada Avropa ölkələri humanitar fəlakətə son qoymağa və girovları azad etməyə, o cümlədən döyüşləri dayandırmağa nail ola bilməyiblər.

“Xarici siyasətdə birliyin olmaması ərəb dünyasında, eləcə də Afrika, Latın Amerikası və Asiyanın bir çox ölkələrində bizə baha başa gəldi. Ukrayna və Fələstindəki müharibələrə verdiyimiz fərqli reaksiya Rusiya təbliğatı tərəfindən geniş şəkildə istifadə edilib”, deyə Avropa diplomatik xidmətinin rəhbəri yazıb.

Borrelin sözlərinə görə, Aİ-nin Yaxın Şərqdəki hadisələrə reaksiyası bəzən ABŞ-ın mövqeyindən, məsələn, İordan çayının qərb sahilindəki zorakı məskunlaşanlara qarşı sanksiyalarla bağlı mövqeyindən geridə qalıb.

Eyni zamanda, Aİ diplomatiyasının rəhbərinin fikrincə, Rusiya təbliğatı dünyanın qalan hissəsinin Brüsselin hərəkətlərindən, o cümlədən koronavirus pandemiyası zamanı peyvəndlərin qeyri-bərabər paylanmasından, miqrasiya siyasəti və problemlərdən narazı olması səbəbindən uğurlu olub.

Avropalı diplomat əmindir ki, Aİ bütün diqqətini “dünyanın qalan hissəsi Qərbə qarşı” prinsipi üzrə ölkələrin konsolidasiyasının qarşısını almağa yönəltməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar