Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bölgə uğrunda Rusiya-ABŞ qeyri-rəsmi savaşmaqdadır” - Siyasi-şərhçi

Brüsellə Vaşinqtonun moderatorluğunun davam etməsi Cənubi Qafqaz üçün faydalıdır?..

Kamran Məmmədli: “Bundan öncə Praqa və Brüseldə baş tutan görüşlərdən sonra Rusiya dərhal öz ölkəsində yeni üç tərəfli görüş keçirərək balansı qorumağa çalışmışdı. Bu dəfədə anoloji addımın olması istisna deyil”.

“Görünən odur ki, hazırda ən yaxşı təklif məhz Vaşinqtonun təklif etdiyi sülh sazişidir ki, orada Qarabağın Azərbaycanın suveren ərazisi olması öz əksini tapır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Münhendə Əliyevlə Paşinyan arasında keçirilən görüşü Poliqon.info-a şərh edərkən qeyd edib.

Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi son anda bəlli oldu. Blinkenin komandası görüşü son ana qədər gizli saxlamağa çalışıb. Moskvaya görə onların bu addımı anlaşılandır. Görünən odur ki, Brüssel və Vaşinqton vasitəçilik təşəbbüslərindən əl çəkmir və bununla Kremlə mesaj göndərirlər.

Bəs Münhendəki danışıqlarda real nəticə əldə olunmasa da, Brüsellə Vaşinqtonun moderatorluğunun davam etməsi Cənubi Qafqaz üçün faydalıdır? Bu görüşə qarşı Moskvanın hansı addımları ola bilər?

Münhen razılığına Moskvanın verəcəyi cavabı Poliqon.info-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Azərbaycan öz milli maraqlarına cavab verən və ümumilikdə regionda davamlı sülhün təminatçısına çevrilən sülh sazişini təklif edən tərəf proseslərdə saxlamalıdır”.

Münhendəki danışıqların bizim üçün uğurlu keçdiyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan yenə də sülh üçün öz qəti mövqeyini ortaya qoydu:

“Bildiyiniz kimi, Moskva Vaşinqtonun vasitəçilik təşəbbüslərinə neqativ yanaşır və Azərbaycanla Ermənistan arasında özündən başqa digər vasitəçilərin olmasını istəmir. Bundan öncə Praqa və Brüseldə baş tutan görüşlərdən sonra Rusiya dərhal öz ölkəsində yeni üç tərəfli görüş keçirərək balansı qorumağa çalışmışdı. Bu dəfədə anoloji addımın olması istisna deyil. Rusiya Cənubi Qafqaz regionundan əlini çəkmək niyyətində deyil .

Eyni zamanda Vaşinqtonda vasitəçilik təşəbbüslərindən əl çəkməyərək Rusiyanı bölgədən kənarlaşdırmaq istəyir. Qısacası, bölgə uğrunda Rusiya-ABŞ qeyri-rəsmi savaşmaqdadır. Hesab edirəm ki, bu savaşın nəticəsindən aslı olmayaraq Azərbaycan öz milli maraqlarına cavab verən və ümumilikdə regionda davamlı sülhün təminatçısına çevrilən sülh sazişini təklif edən tərəf proseslərdə saxlamalıdır.

Kamran Məmmədli: “Vaşinqtonun bu proseslərdə olmasını indiki məqamda faydalı hesab edirəm”.

Görünən odur ki, hazırda ən yaxşı təklif məhz Vaşinqtonun təklif etdiyi sülh sazişidir ki, orada Qarabağın Azərbaycanın suveren ərazisi olması öz əksini tapır. Fikrimcə Münhendəki danışıqlar bizim üçün uğurlu keçdi və zərbaycan yenə də sülh üçün öz qəti mövqeyini ortaya qoydu.

İlham Əliyevin özünü Qarabağdakı seperatçı qurumun “lideri” kimi təqdim edən Ruben Vardanyanla heç bir halda danışıqlar aparılmayacağını bəyan etməsi bu məsələnin bizim üçün danışıqlara qapalı olmasının bir mesajl idi. Münhen danışıqlarından real nəticə çıxmasa da, Vaşinqtonun bu proseslərdə olmasını indiki məqamda faydalı hesab edirəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Ən çox oxunanalar