Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT TŞ Suriyaya transsərhəd yardım mexanizmini iyulun 10-dək uzatdı

Qəbul edilən qərar transsərhəd yardım mexanizmi haqqında 2022-ci il iyulun 12-də qəbul edilmiş qətnamənin müddətini uzadıb...

BMT Təhlükəsizlik Şurası bazar ertəsi yekdilliklə Suriyada transsərhəd yardım mexanizminin fəaliyyətinin altı ay müddətinə uzadılması barədə qətnamə qəbul edib.

Qəbul edilən qərar transsərhəd yardım mexanizmi haqqında 2022-ci il iyulun 12-də qəbul edilmiş qətnamənin müddətini uzadıb. O, Suriya və Türkiyə sərhədində transsərhəd yardım üçün yeganə “Bab əl-Hava” keçid məntəqəsinin fəaliyyətini saxlayır.

Qətnaməyə əsasən, BMT-nin baş katibi iyunun 10-dan gec olmayaraq Suriyada humanitar ehtiyaclar barədə xüsusi hesabat təqdim etməlidir. Yardım mexanizmi ilə bağlı əvvəlki sənədlərdən fərqli olaraq, hazırkı mətndə müvafiq qərar qəbul edilən zaman altı aylıq müddət bitdikdən sonra dəhlizin fəaliyyətinin daha altı aya uzadılması ilə bağlı müddəa yoxdur.

BMT Baş katibinin sözçüsü Stephane Dujarric bildirib ki, dünya təşkilatı yardımı “ən təhlükəsiz və ən təsirli yollarla” təmin etmək üçün bütün imkanlardan istifadə etməyə sadiqdir. “Suriyada humanitar imkanlar, o cümlədən transsərhəd əməliyyatlar vasitəsilə, humanitar fəaliyyət erkən bərpa layihələrinə sərmayə qoyuluşu vasitəsilə genişləndirilməlidir”, - deyə o bildirib.

pia.az


Etiket: BMT TŞ Suriya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar