Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Putinə müraciət etdi: SWIFT qarşılığında “taxıl müqaviləsi"...

BMT-nin Baş katibi Antonio Quterreş Kremldən Rusiya kənd təsərrüfatı bankının törəmə şirkətinin SWIFT-ə qoşulması müqabilində “taxıl sazişi”ni uzatmağı xahiş edir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, “Rosselxozbank”ın SWIFT beynəlxalq ödəniş şəbəkəsinə yenidən qoşulması Rusiyanın “taxıl müqaviləsi”nin uzadılması ilə bağlı əsas tələbi olub.

“Rosselxozbank” 2022-ci ilin iyununda Rusiyanın Ukraynaya müdaxiləsinə görə Avropa İttifaqı tərəfindən SWIFT-dən çıxarılıb. Aİ may ayında bildirmişdi ki, blok Rusiya banklarının bərpası məsələsini nəzərdən keçirmir.

Bununla belə, Aİ Rusiya taxıl və gübrə ixracı ilə bağlı sövdələşməni təmin etmək üçün “Rosselxozbank”ın törəmə şirkətini SWIFT-ə qoşmağı düşünür.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Quterreş Putinə “taxıl müqaviləsi”ni bir neçə ay uzatmağı təklif edərək, Aİ-yə “Rosselxozbank”ın törəmə təşkilatını SWIFT-ə qoşmaq üçün vaxt verib.

BMT nümayəndəsi Stefan Dujarrik də öz növbəsində jurnalistlərlə söhbətində qeyd edib ki, Quterreş çərşənbə axşamı Putinə məktub göndərib və Rusiyanın ərzaq və gübrə ixracını daha da asanlaşdırmaq və Qara dəniz boyunca Ukrayna taxılının davamlı tədarükünü təmin etmək yollarını təklif edib.

“Məqsəd Rusiya Federasiyası üçün ciddi narahatlığa səbəb olan “Rosselxozbank” vasitəsilə maliyyə əməliyyatlarına təsir edən maneələri aradan qaldırmaq və eyni zamanda Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracının davam etdirilməsini təmin etməkdir”, deyə Düjarrik bildirib.

O, təkliflə bağlı təfərrüatları açıqlamayıb, lakin əlavə edib ki, Quterreş məsələ ilə bağlı bütün əlaqədar tərəflərlə əlaqə saxlayır və təklifini Rusiya ilə müzakirə etməyə davam etməyə hazırdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar