Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Liviyada daşqın qurbanlarının çox olmasının səbəblərini açıqlayıb...

BMT: Liviyada qeyri-mütəşəkkillik daşqında çoxlu sayda insanın həlak olmasına səbəb olub...

Liviyada daşqın qurbanlarının çox olmasına səbəb ölkədə uzunmüddətli siyasi böhranın yaratdığı yerli hakimiyyət orqanlarının qeyri-mütəşəkkilliyi olub.

Poliqon xəbər verir ki, bu barədə BMT-nin himayəsi altında Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbəri Petteri Taalas Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

“Daha yaxşı koordinasiya ilə yerli hakimiyyət orqanları xəbərdarlıqlar verə bilər və fövqəladə halların idarə olunması xidmətləri insanları evakuasiya edə bilərdi ki, bu da çoxlu sayda mülki itkilərin qarşısını ala bilərdi”, deyə Petteri Taalas deyib.

TaalasLiviyada daxili qarşıdurma illərində hava şəraitini müşahidə edən şəbəkənin böyük ölçüdə məhv edildiyini də vurğulayıb.

“Təxliyə müvafiq erkən xəbərdarlıq sistemləri olmadığı üçün həyata keçirilməyib”, deyə ÜMT rəhbəri əlavə edib.

Qeyd edək ki, “Daniel” qasırğasının yaratdığı daşqınların Dernada qurbanlarının sayının yeddi mini keçdiyi, itkin düşənlərin sayının isə doqquz min nəfərə çatdığı bildirilir.

Liviyada siyasi qeyri-sabitlik 2011-ci ilin fevralında ölkədə vətəndaş müharibəsi başlayandan və Yaxın Şərq ölkələrini bürüyən “ərəb baharı”ndan bəri müşahidə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

Ən çox oxunanalar