Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə bağlı sessiya başlayıb

BMT Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümünə həsr olunmuş xüsusi sessiya öz işinə başlayıb...

"Report"un ABŞ bürosu xəbər verir ki, sessiya BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensisin sədrliyi ilə keçirilir.

Sessiyada Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və BMT-yə üzv bir çox ölkələrin (Polşa, Fransa, İspanya, Koreya, Almaniya, Britaniya və s.) xarici işlər nazirləri iştirak edirlər.

Sessiyada çıxış edən Dennis Frensis bildirib ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində iki il ərzində milyonlarla dinc sakin evindən didərgin düşüb, beynəlxalq hüquq çərçivəsində hücumlardan qorunan mülki infrastrukturlar məktəb və xəstəxanalar yerlə-yeksan olunub, mülki əhali sığınacaq axtarmaq üçün qaçmağa məcbur edilib: "BMT-nin Ukraynadakı insan haqları üzrə monitorinq missiyası bu ilin yanvar ayında mülki şəxslərin həlak olması və yaralanması ilə bağlı itkilərinin sayının narahatedici artımını təsdiqləyib. Bizi ən çox narahat edən məsələlərdən biri də ukraynalı uşaqlardır. Məlumatlarda qeyd olunur ki, 1 000-dən çox ukraynalı uşaq ailəsindən zorla alınaraq Rusiyaya məcburi deportasiya edilib. Oğurlanmış, isti evlərindən və təhlükəsizkdən məhrum olan uşaqlar Ukraynaya qaytarılmalı, ailələrinə qovuşmalıdırlar".

Sessiya prezidenti qeyd edib ki, müharibənin təsiri Ukraynanın hüdudlarından çox-çox uzaqlarda da hiss olunur: "Münaqişənin səssiz qurbanı olan ətraf mühit zədələnmiş obyektlərdən atılan kimyəvi tullantılar və davam edən döyüşlərlə bağlı artan çirklənmə və istixana qazları emissiyaları ilə təhdid edilir. Bundan əlavə, nüvə obyektlərinin hədəf seçilməsi real nüvə qəzası riskini və şübhəsiz ki, fəlakət siqnallarını verir. Müharibə istər ərzaq qiymətlərinin artması şəklində, istərsə də enerji təhlükəsizliyi kontekstində hər bir üzv dövlətə təsir etdi. Şübhəsiz ki, bu lazımsız müharibə dünya geosiyasətinin və geoiqtisadiyyatının ciddi ziyan vurur”.

O, qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı işğal siyasəti BMT nizamnamələrini pozur, suverenlik və ərazi bütövlüyü prinsiplərini təhdid edir: “BMT nizamnaməsində təsbit olunmuş prinsipləri qorumaq və müdafiə etmək və qanunun aliliyinin üstünlüyünü təmin etmək məsuliyyəti hər birimizin üzərinə düşür. Bura beynəlxalq məhkəmələrin, xüsusən də Beynəlxalq Ədalət Məhkəməsinin ötən ilin martında Rusiya Federasiyasını hərbi əməliyyatları dərhal dayandırmağa çağıran qərarlarına əməl etmək daxildir. Biz davamlı sülhə doğru fəal çalışmalıyıq.

Baş Assambleyanın bir il əvvəl qəbul etdiyi qətnamə bu məqsədə çatmaq üçün yol xəritəsini təqdim edib. Gəlin təcavüzü pisləyən və Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisindən dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edən Baş Assambleyanın kollektiv səsindən güc alaq və yenidən Rusiyanı bu müharibəyə son verməyə çağıraq".

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - Video, Foto

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

AVRO-2024: İngiltərə - İsveçrə matçına start verilib

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Ən çox oxunanalar